Mağaza meneceri (Fashion)

  • Zeta Group
  • Elanın qoyulma tarixi: 05.02.2025
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Namizədə tələblər:

  • Xanım namizəd;
  • İş təcrübəsi: Satış sahəsində 4+ il;
  • Dil bilikləri: Azərbaycan (əla), Rus dili (əla);
  • Kompyuter bilikləri: Excell, 1C 8.3 (əla).

Şəxsi keyfiyyətlər:

  • Problemləri həll etmə bacarığı;
  • Düzgünlük və Dəqiqlik;
  • Analiz etmə bacarığı.

Əsas vəzifə öhdəlikləri:

  • Çalışdığı mağazanın müəyyən olunmuş vaxtda açılıb-bağlanmasına nəzarət edilməsi;
  • Satışın effektiv həyata keçirilməsinin təmin edilməsi;
  • Qoyulmuş satış hədəflərinə çatmaq üçün müvafiq tədbirlərin görülməsi;
  • Müştəri məmnuniyyətinin qorunması istiqamətində tədbirlərin həyata keçirilməsi;
  • Mağaza daxilində yaranan texniki və digər maddi vəsaitlərlə bağlı problemlərin həll edilməsi üçün müvafiq struktur bölmələrinin məlumatlandırılması;
  • Mağazanın brendlərin verdiyi göstərişlərə əsasən müvafiq qaydada nizamlanmasını təmin etmək VM (Vizual Merçendayzinq);
  • Malların qaytarılması və dəyişdirilməsi üzrə hesabatlara nəzarət etmək və onları yoxlamaq, tələb olunan bütün məlumatların qeyd olunmasını təmin etmək;
  • Mağazanın satış heyətinin və digər heyət üzvlərinin işinə nəzarət etmək, işçilərə nəzarət etmək, tapşırıqları bölüşdürmək, işçilərin problemlərini idarə etmək və iş cədvəllərini hazırlamaq;

 

Maraqlanan şəxslər öz CV formalarını [email protected] ünvanına göndərə bilər (məktubun mövzu bölməsində, vakansiyanın adını qeyd edin)

Qeyd: Yuxarıda qeyd olunanları nəzərə alaraq, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

 

İşəgötürənin reytinqi