Sistem inzibatçısı

İşin təsviri

AKB hazırda 126 təşkilatla məlumat mübadiləsi həyata keçirməklə, fəaliyyətinin əsas xüsusiyyəti irihəcmli məlumatlarla iş, habelə böyük layihələrin bir hissəsi olmaqdır. Qarşıya qoyulmuş məqsədlərə çatmaq üçün AKB-yə Sistem inzibatçısı axtarılır.

Vakansiya haqqında:

Vəzifə: Sistem inzibatçısı
İş qrafiki: Bazar ertəsi – cümə, 09:00 – 18:00
Əmək haqqı: 2200 AZN
Müraciət üçün son tarix: 29.12.2019

Vəzifə öhdəlikləri:

· İT dəstək, infrastrukturun və sistemlərin idarə edilməsi
· Avadanlığın və proqram təminatın quraşdırılması, yoxlanması və konfiqurasiyası
· Avadanlıq inventarına nəzarət, İT aktivlərin uçotu
· Sistemlərin mövcudluğun və istifadəsinin monitorinqi

Namizədə qoyulan tələblər:

· Windows və Linux sistemlərdə ekspert səviyyəsində biliyi və təcrübəsi
· PowerShell və ya digər vasitələrdən istifadə etməklə proseslərin avtomatlaşdırılması təcrübəsi vacibdir
· Aşağıdakılar ilə iş təcrübəsi:
· VMWare ESX(i) və vSphere
· Microsoft Exchange
· Ehtiyat nusxələrin yaradılması və bərpa olunması
· Microsoft SQL Server
· Microsoft Active Directory & Group Policy
· SAN/NAS saxlama sistəmlərin idarə edilməsi
· Serverlərin idarə edilməsi
· Anti-malware platformaları
· Şəbəkə sviçin, ruterın və fayrvolun idarə edilməsi
· İngilis dili biliyinin səviyyəsi – yaxşı

CV-ni “Sistem inzibatçısı” başlığı ilə [email protected] mailinə göndərməyiniz xahiş olunur.