HouseKeeping Manager-Supervisor

İşin təsviri

HouseKeeping Manager-Supervisor 

1) 5 HouseKeeping əməkdaşına nəzarət edir
A) Onların iş cədvəlini qurur və nəzarət edir
B) Onların iş bölgüsünü və yükünü müəyyən edir
2) Otaqların və Blok qəfəsinin Təmizliyinə və istifadəyə tam yararlığına cavab verir
3) Satış ofisi ilə tam sıx əlaqədə fəaliyyət göstərir
A) Menecer, otağın istifadəyə yararlığını təsdiqləmədən otaq satışa cıxarılmır
B) Cirkli otaqlar barədə satış ofisindən günlük məlumat alır və günlük işini qurur
C) Qonaq otağı tərk etdikdə dərhal reseptionun məlumatı ilə otağı yoxlayır və reseptiona minibar barədə, otaqda əyri əksik barədə məlumat verərək, özündə qeydlər aparır. Günlük Adminə məlumat verir.
4) Sınan, qırılan, əzilən, soyulan, yanan, işləməyən bir sözlə fəaliyyətdə qüsur yarada biləcək hərbir əksiklik barədə dərhal qeyd aparmaq, texniki və reseptionu məlumatlandırmaq, əksiklik aradan qaldırılmadığı təqdirdə dərhal administratora məlumat vermək. Tam məsuliyyət daşıyır
5) Mini Bar stokunun hesabatını aparır, Reseption ilə tutuşdurur. Əksik mala cavabdehlik daşıyır.
6) Pastel stokuna nəzarət edir. Əksiklərə cavabdehlik daşıyır.
7) Pastellərin Yuyulmaya getməsini, gedərkən cəkisi və gedən malların dəqiq qayıtmasını təşkil edir.
8) Təsərrufat malları (şampun, sabun, salfetka, tapoçka, təmizlik malzəmələri) stokuna nəzarət edir. Hesabatını aparır. Əksiklərə cavabdehlik daşıyır.
9) Stoklara nəzarət etdiyinə görə, tələbat malları bitməmiş bu barədə satın alma managerinə məlumat verir və əksik olan mallar alınıb yerinə qoyulmasına məsuliyyət daşıyır. Gecikən hər alışa görə rəhbərliyə məlumat verməlidir.

Tələblər

1) 30-50 yaş arası olmalıdır
2) Düzgün görkəmli
3) Yüksək disiplinli
4) Tələbkar
5) Təmizkar
6) Stresə dayanıqlı
7) Kollektivdə işləmə baçarığı
8) Liderlik qabiliyyəti
9) Hesab kitab apara bilmə
10) MC Office proqramları bilmək
11) Dil bilikləri (Rus dili mükəmməl, İngilis dili Orta)

iş qrafiki

Saat 09:00-18:00, bir gün istirahət

Maaş 700 manat

E - mail : [email protected]

Park inn by Radisson Baku tərəfindən digər vakansiyalar