Mağaza müdiri

  • Damla Mebel MMC
  • Elanın qoyulma tarixi: 26.11.2019
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Azərbaycanın ən böyük mebel istehsalçılarından biri olan “Damla” MMC 2012-ci ildən etibarən fəaliyyət göstərməkdədir. Artıq uzun illərdir ki, şirkətimiz təklif etdiyi mebellərin topdan satışını uğurla həyata keçirir. İstehsalat prosesində yalnız dünyaca məşhur şirkətlərin istehsalı olan, ekoloji cəhətdən səmərəli və sertifikatlaşdırılmış mebel materiallarından istifadə olunur.

Yerli brend Damla artıq Qazaxıstan, Gürcüstan, Rusiya, İran, Türkmənistan, Tacikistan, Özbəkistan kimi ölkələrdə də Azərbaycanı təmsil etməkdədir.

Vakansiya: Mağaza müdiri

Vəzifə öhdəlikləri:

• Mağazada işin təşkili və idarə edilməsi;
• İşçilərin davamiyyətinə nəzarətin edilməsi, iş qrafiklərinin tənzimlənməsi
• Qoyulan planların icrası və təkliflərin hazırlanıb rəhbərliyə təqdim edilməsi;
• Mağazada məhsulların çeşidlər üzrə və səliqəli yerləşdirməsini təmin etmək;
• Mağazada olan inventar və avadanlıqlara nəzarətin edilməsi
• Müştəri məmnuniyyətinin təmin edilməsi;
• Aylıq hesabatların rəhbərliyə təqdim edilməsi.

Namizədə tələblər:

 Ali Təhsilli
 Müvafiq sahə 5 il iş təcrübəsi;
 Təşkilati və analitik bacarıqlar;
 Yüksək idarəetmə bacarıqları.

İş şərtləri:

 Həftədə 6 iş günü, 1 gün istirahət;
 Əmək haqqı: Namizədin bilik və bacarığına uyğun olaraq təyin ediləcək.
 Bakı şəhəri üzrə tələb olunur.

Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini [email protected] elektron ünvanına mövzu yerinə “Mağaza müdiri” yazaraq göndərmələri xahiş olunur. Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.