Müştəri xidmətləri üzrə baş mütəxəssis

  • Damla Mebel MMC
  • Elanın qoyulma tarixi: 17.11.2019
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Azərbaycanın ən böyük mebel istehsalçılarından biri olan “Damla” MMC 2012-ci ildən etibarən fəaliyyət göstərməkdədir. Artıq uzun illərdir ki, şirkətimiz təklif etdiyi mebellərin topdan satışını uğurla həyata keçirir. İstehsalat prosesində yalnız dünyaca məşhur şirkətlərin istehsalı olan, ekoloji cəhətdən səmərəli və sertifikatlaşdırılmış mebel materiallarından istifadə olunur.

Yerli brend Damla artıq Qazaxıstan, Gürcüstan, Rusiya, Türkmənistan, Tacikistan, Özbəkistan kimi ölkələrdə də Azərbaycanı təmsil etməkdədir.

Vakansiya: Müştəri xidmətləri üzrə “ baş mütəxəssis”

Vəzifə öhdəlikləri:

 Problemli məsəllərlə bağlı müraciət edən müştərilərin suallarının cavablandırılması;
 Problemlərin qoyulan vaxt müddətində istehsalla əlaqəli çalışıb həll edilməsini təmin etmək;
 Təmir edilən məhsulların sənədlərini hazırlayaraq müştəriyə operativ çatdırılmasını təmin etmək;
 Tabeçiliyində olan sürücü, mütəxəssisin işini idarə etmək;
 Günlük 1C proqramına qeydiyyatları aparmaq və hesabatlar tərtib etmək.

Namizədə tələblər:

 Ali təhsilli;
 Aidiyyatı sahədə 2-3 il iş təcrübəsi;
 Ünsiyyətqurma bacarığı, fərdi və komanda tərkibində işləmə qabiliyyəti;
 Yüksək idarəetmə qabiliyyəti;
 Analiz etmə bacarığı;
 Dəqiqlik və diqqətlilik;
 Word, Exel, proqramlarından istifadə bacarığı;

İş şərtləri:

 Həftədə 6 iş günü, 1 gün istirahət;
 Əmək haqqı: 900 AZN, Sınaq müddətindən sonra 1000 AZN;
 Korporativ nömrə, işçilərin daşınması üçün nəqliyyat xidməti (Nəqliyyat xidməti 20 Yanvar metrosundan, Xırdalan və Sumqayıt şəhərləri istiqamətindəndir.) şirkət tərəfindən təmin ediləcək.

Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini [email protected] elektron ünvanına mövzu yerinə “baş mütəxəssis” yazaraq göndərmələri xahiş olunur. Yalnız tələblərə uyğun seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.