Gözətçi rəhbəri

İşin təsviri

Şirkət: GREENHOUSE MMC

Vəzifə: Gözətçi rəhbəri

Vəzifə öhdəlikləri

• Mülkiyyətçinin əmlakının qorunması;
• Müəssisədə sabotaj, dələduzluq, oğurluq, talama kimi qeyri-qanuni hərəkətlərə qarşı mübarizənin aparılması, onların mənbələri və nəticələri barədə məlumatların toplanılması,
• Daxili tədqiqatların və araşdırmaların aparılması, təsdiq olunmuş faktlar barədə dərhal bölgə rəhbərinin məlumatlandırılması;
• Təhlükəsizliyi ilə əlaqədar aparılmış araşdırmalar və tədqiqatlar nəticəsində təqsiri birmənalı olaraq sübut olunmuş günahkar şəxslər barəsində tədbir görülməsi üçün aidiyyəti strukturun rəhbərinə məlumat verilməsi;

Vəzifəyə olan tələblər:

• Müvafiq sahədə ən az 1 il iş təcrübəsinin olması;
• Təhlükəsizliyə aid bilik və bacarığın olması;
• Əməkdaşlar ilə ünsiyyət qurmaq bacarığı;
• Hadisələri təhlil etmək bacarığı;
• Komanda işinin təşkili.

İş şəraiti:

• İş yeri Hacıqabul rayonu Atbulaq kəndi
• Yemək və transport şirkət tərəfindən qarşılanır.
• Əmək haqqı müsahibə əsasında müəyyən olunacaq.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 05 Dekabr 2019-cu il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.
Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “(Gözətçi rəhbəri)” şəklində göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətə baxılmaya bilər.
İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.

Hajigabul Greenhouse LLC tərəfindən digər vakansiyalar