Elektrik-elektronçu

İşin təsviri

Şirkət: HAJİGABUL GREENHOUSE MMC

Vəzifə: Elektrik-elektronçu

Vəzifə öhdəlikləri

• Ərazidə yerləşən elektrik təssərrüfatına nəzarəti təmin etmək;
• Aparılan elektrik quraşdırma işlərinə daim nəzarət etməli;
• Təhlükəsizlik texnikasına, əmək mühafizəsinin qaydalarına və yanğın təhlükəsizliyinə riayət edilməsi;
• İstifadə edilən qızdırıcı və s. cihazların texniki saz vəziyyətdə olmalarını yoxlamaq;
• Elektrik avadanlıqlarının montaj və təmir metodlarını bilmək;
• Avadanlığın təmirdən sonra təhvil verilmə və qəbul qaydasını bilməli;
• Elektrik enerjisi kəsildikdə generatorun vaxtında işə salınması və nəzarət olunmasını təmin etməli
• Avadanlıqların işə hazırlanması, ayrı-ayrı detalların texniki baxışını həyata keçirilməsi
• İstixananın elektrik avadanlıqlarının təmiri, qazanxanada işləyə bilməli.

Vəzifəyə olan tələblər:

• Elektrik sahəsində orta-texniki təhsil
• Kənd Təsərrüfatı sistemində işləyə bilmə bacarığı.
• Təşəbbüskarlıq,Təzyiq altında işləmək bacarığı.
• İşdə yaranan müxtəlif vəziyyətlərə çevik reaksiya vermək bacarığı.
• Minimum iş təcrübəsi 1 il.

İş şəraiti:

• İş rejimi – Həftədə 6 gün.
• Yemək və transport şirkət tərəfindən qarşılanır.
• Əmək haqqı müsahibə əsasında müəyyən olunacaq.
• AR Qanunvericiliyinə əsasən rəsmiləşdirmə.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 29 Fevral 2020-ci il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.
Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “(Elektrik-elektronçu)” şəklində göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətə baxılmaya bilər.
İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.

Hajigabul Greenhouse LLC tərəfindən digər vakansiyalar