Operator

İşin təsviri

Şirkət: HAJIGABUL GREENHOUSE MMC

Vəzifə: Operator

Vəzifə öhdəlikləri

- Təlimatlara uyğun olaraq istixana kompleksini isitmə,suvarma,havalandırma sistemlərini idarə etmək;
- Gübrə və dərmanlama normalarını aqronomun göstərişi ilə suvarma sisteminə qatmaq;
- Sutka ərzində komputerləşdirilmiş qaydada istixananı idarə etmək;
- Suyun,qazın təzyiqi düşən zaman baş operatora təcili məlumat vermək;
- Elektrik enerjisi kəsildikdə generatorun vaxtında işə salınması və nəzarət olunması;
- OSMOS qurğusunun idarə olunması;
- Hazır məhsulun yığım zamanı düzgün təşkil olunması;
- İş növbəsinin sonunda yığılan məlumatların baş operatora və aqronoma çatdırılması;
- İşin texniki xüsusiyyətlərə uyğun həyata keçirilməsini təmin etmək;
- Ətraf mühitin mühafizəsi, əməyin təhlükəsizliyi və səmərəliliyi ilə bağlı qaydalara ciddi riayət etmək.

Vəzifəyə olan tələblər:

• Ali təhsilinin olması.
• Kənd Təsərrüfatı sistemində işləyə bilmə bacarığı.
• İngilis və rus dili arzu olunandır.
• Təşəbbüskarlıq,təzyiq altında işləmək bacarığı.
• İşdə yaranan müxtəlif vəziyyətlərə çevik reaksiya vermək bacarığı.
• 35 yaşa kimi bəy namizədlər müraciət etsin.

İş şəraiti:

• İş rejimi – Həftədə 6 gün
• İş yeri Hacıqabul rayonu Atbulaq kəndi
• Yemək və transport şirkət tərəfindən qarşılanır.
• Əmək haqqı müsahibə əsasında müəyyən olunacaq.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 29 Fevral 2020-ci il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “(Operator)” şəklində göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətə baxılmaya bilər.
İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.