Hajigabul Greenhouse LLC


Hajiqabul Greenhouse kənd təsərrüfatı sahəsində qabaqcıl dünya təcrübəsinə əsaslanaraq əsil Azərbaycan pomidoru yetişdirən gənc, müasir şirkətdir.
İş prinsipimiz - ekoloji baxımdan təmizlik, keyfiyyət, insanların qayğısına qalmaq, peşəkarlıq.
Layihəmizi yaradarkən biz ilk növbədə insanları düşündük. Bizimlə işləyəcək insanları və o insanları ki, biz onlar üçün çalışacağıq.
Hajiqabul Greenhouse bir nəfər kimi bir –biri üçün mühüm və maraqlı olan, öz işinə aludə olmuş 160 nəfərdən ibarət mehriban kollektivdir.
Hajiqabul Greenhouse-un baş ofisi və laboratoriyası Bakı şəhərindədir. İstixanalar Azərbaycanın Hacıqabul rayonunun Hacıqabul şəhəri yaxınlığında yerləşir.
Bütün işlər İspaniyada, Niderlandda, Rusiya və Ukraynada bu tip istixanaların iş spesifikasını öyrənmiş gənc mütəxəssis – aqronomların nəzarəti altında yerinə yetirilir.
Kollektivin ahəngdar fəaliyyəti müxtəlif treninqlərin, ixtisas artırma kurslarının keçirilməsi, hər yeni işçiyə təlim keçmə hesabına əldə olunur. Bizim iş rejimi ciddi şəkildə tənzimlənir, keyfiyyətli və dadlı qidalanma təşkil olunub, əməkdaşların mütləq istirahət etməsi üçün vaxt və yer ayrılıb. İstixana işçiləri xüsusi geyim və tibbi xidmətlə təmin olunur. Biz əməkdaşlarımızın maaşlarının vaxtlı-vaxtında artmasını daim nəzarətdə saxlayır, mükafat və bonuslarla işə maraqlarını stimullaşdırırq.
İşlərinə olan həvəs, möhkəm peşəkar bilik və əldə olunmuş təcrübə sayəsində mütəxəssislərimiz aqronom məsləhət xidməti göstərir və kiçik istixana təsərrüfatları üçün bitkilərin müdafiəsi, biznes planlaşdırma və müasir texnologiyalarla bağlı treninqlər aparır.

Rəy yoxdur. Bəlkə bu şirkət haqda elə birinci rəyi sən yazasan?