Tikinti rəhbəri

İşin təsviri

Əsas vəzifə və öhdəliklər:

  • Tikinti işlərinin əsas mərhələlərinin istiqamət konsepsiyasının işlənib hazırlanmasında iştirak etmək;
  • Tikinti işlərinin idarə olunmasını təşkil etmək, podradçı və subpodradçı təşkilat və briqadaların işlərini əlaqələndirmək;
  • Tikinti işləri üzrə sənədləşmənin aparılmasına rəhbərlik etmək;
  • Layihənin reallaşdırılmasının iş planına müvafiq olmasını təşkil etmək;
  • Tikinti və istehsalat işləri üzrə təqdimatlar hazırlayıb, Rəhbərliyə təqdim etmək;
  • Layihələri razılaşdırılmış müddətə,ayrılmış büdcə çərçivəsində və tələb olunan keyfiyyətdə yetirilməsini təmin etmək;
  • Tikintidə istifadə olunan materiallara və onların xüsusiyyətlərinə nəzarət etmək;
  • İnşaatın bütün mərhələlərində keyfiyyətə nəzarət səviyyəsini və SƏTƏM üzrə prosedurların içrasını təmin etmək üçün tikinti sahəsini yoxlamaq;
  • Material və vasitələrin smetaya uyğun şəkildə xərclənməsinə və istifadəsinə nəzarət etmək;
  • Tikinti-quraşdırma işçilərinin işinə nəzarət etmək, istehsal planlarını tikinti planlarına uyğun olaraq komandaya və ayrı-ayrı işçilərə paylamaq, işin müddətinə və keyfiyyətinə nəzarət etmək.

Tələblər:

  • İnşaat Mühəndis ixtisası üzrə ali təhsil;
  • Yaş həddi: 35-55 yaş
  • Minimum 5 il müvafiq sahədə iş təcrübəsi;
  • Dil: Azərbaycan, İngilis və Rus dilləri
  • Tikinti sahəsinə aid qərarları, əmrləri, sərəncamları, metodik və normativ materialları
  • Layihə işinin əsaslarını
  • Əsaslı tikinti və istehsalat işlərinin aparılmasını
  • İdarəetmə, tikinti sahələri üzrə ali təhsil
  • Komputer bilikləri: Microsoft Office və AutoCAD;
  • İşə məhsuliyyətli yanaşmaq;
  • Komanda ruhu, təşkilatçılıq, ünsiyyət, münasibətlərin qurulması, şəxsi və peşəkar  inkişaf, hesabat yazma səriştəsi.

İş haqqında məlumat:

  • Ələt azad iqtisadi zona
  • Servis: var
  • İş qrafiki - 6 gün 
  • Əmək haqqı musahibə zamanı təyin ediləcək

Xahiş olunur, ancaq qeyd edilən tələblərə uyğun namizədlər öz CV-lərini mailin mövzu hissəsinə mütləq “Tikinti rəhbəri” qeyd etməklə şəkilli CV-nizi (əks halda belə müraciətlərə baxılmayacaq) Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərə bilərsiniz. Müraciət edən namizədlərdən yalnız namizədliyi vakansiyaya uyğun olanlarla əlaqə saxlanılacaq.

Modern Construction Group tərəfindən digər vakansiyalar