Satış Təmsilçisi

  • Intend LTD
  • Elanın qoyulma tarixi: 31.10.2019
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Intend MMC Satış Təmsilçisi vakansiyasını elan edir.

Vəzifə funksiyaları

• Sahə üzrə satış menecerindən nəqliyyat vasitəsini təhvil alır. Ondan bölgəsini, oradakı satış nöqtələrinin yerini öyrənir.
• Ərazisindəki satış həcmi az olan nöqtələrində satış həcminın artırılması istiqamətində işlərin görülməsini təmin edir.
• Əvvəlcədən müəyyən olunmuş satış marşrutu üzrə satış nöqtələrini ziyarət edir. Müştərinin məhsul ehtiyaclarını müəyyən edir və bu ehtiyaclara müvafiq olaraq müştəridən sifarişlərini qəbul edir.
• Əldə etdiyi sifarişləri şirkətə məxsus palm qurğusunun yaddaşına daxil edir və həmin məlumatları sifarişlərin toplandığı informasiya mərkəzinə göndərir.
• Satış ərazisindəki satış həcmi az olan nöqtələrində satış həcminın artırılması istiqamətində işlərin görülməsini təmin edir.
• Yeni məhsulların müştərilər tərəfindən tanınmasını və onların satış nöqtələrində satışını təmin edir, bununla bağlı çatışmazlıqları aradan qaldırır.
• Şirkətin müştərilərinə satılmış məhsulların satışından əldə edilən maddi vəsaiti ( pul və s.) müştərilərdən təhvil alaraq şirkətin xəzinəsinə təhvil verərək mədaxil etdirir.
• Sahə üzrə satış menecerinin verdiyi tapşırıqları vaxtında və keyfiyyətlə yerinə yetirməlidir.

Tələblər

• Yaş həddi: 22-35 yaş
• Təcrübə müddəti: 1 il və daha artıq
• Dil Bilikləri: Əla səviyyədə Azərbaycan dili və Rus dili
• Təhsil: Orta və ya Ali
• İxtisas Bilikləri və Bacarıqlar: Ünsiyyətcillik, dəqiqlik və məsuliyyət, problemləri həll etmə bacarığı

İş qrafiki: 1-5 günlər, 09:00-18:00

Əmək haqqı: 1000 AZN və yuxarı

Göstərilən tələblərə cavab verən namizədlə öz CV– lərini [email protected] elektron ünvanına göndərə bilərlər. Mövzu hissəsində "Satış Təmsilçisi” qeyd edilməsi tələb olunur