Elektronçu

  • Company
  • Elanın qoyulma tarixi: 28.10.2019
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Elektronçu

İşin təsviri:

• İstehsalat avadanlıqlarının diaqnostikası və təmiri;
• Elektron avadanlıqların modul və komponent səviyyəsində təmiri;
• Avadanlıqların sıradan çıxmış detallarının lehimləmə səviyyəsində təcili və keyfiyyətli təmiri,
• Elektron avadanlıqların istifadə qaydası üzrə təlimatların hazırlanması;
• Elektron avadanlıqların texniki vəziyyətinin yoxlanılmasında iştirak;
• Təmir olunmuş elektron avadanlıqlara texniki baxış.

Namizədə tələblər:

• Müvafiq sahədə təhsil arzuolunandır (radioelektronika, elektron avadanlıqlarının təmiri);
• Müvafiq sahədə 5 ildən artıq iş təcrübəsi;
• Yaş həddi: 25– 45;
• Azərbaycan dili səlis, rus dili texniki səviyyədə;
• Radioelementlər haqqında baza bilikləri;
• Elektrotexniki sahədə biliklər;
• Lehimləyici avadanlıqla peşəkar səviyyədə işləmə bacarığı;
• Elektron avadanlıqların sxemlərini oxuma bacarığı;
• Məsuliyyətlilik, dəqiqlik, operativlik və problem həll etmə bacarığı.

İş şəraiti:

• İş yeri Sumqayıtda yerləşir;
• Həftəlik 5 iş günü;
• Nahar ilə təmin edilmə;
• Nəqliyyat ilə təmin edilmə;
• AR Əmək Məcəlləsinə əsasən sənədləşmə;
• Əmək haqqı - 1000-1500 AZN.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər.
Məktubun başlıq hissəsində müraciət edilən vəzifə adının “Elektronçu” kimi göstərilməsi xahiş olunur. Əks təqdirdə, müraciətə baxılmayacaq.
Yalnız seçilmiş namizədlər növbəti mərhələyə dəvət olunur.