Ünvan: AZ1014, Bakı şəhəri, Nəsimi Rayonu, Mərdanov Qardaşları, ev.20, m.20
Tel: (+99412) 409 00 44
E – mail: [email protected]
Baş direktor köməkçisi
Huner Group; müxtəlif sahələrdə uğurlu işlərə imza atmış, çox fərqli bir konseptlə çıxış edərək
Azərbaycan tikinti sektorunda özünəməxsusluğu ilə seçilən şirkətdir.
Vəzifə öhdəlikləri:
Qrafikə uyğun olaraq iş planın hazırlanması;
Baş direktorun səfərlərini və görüşlərini tələb olunduğu qaydada təşkil etmək;
İş ilə bağlı rəsmi sənədlərin hazırlanması, korrekturası və qrammatik baxımından yoxlanılmasına
lazımı dəstəyin göstərilməsi;
Baş direktorla keçiriləcək iclasların təşkili və sonrasında protokolların tərtib edilməsi;
Baş direktor ilə şirkət daxili və şirkətlərarası kommunikasiyanı təmin etmək və s.
Tələblər:
Ali təhsil (iqtisadiyyat sahəsi üzrə);
Müvafiq sahədə təcrübə (əmlak və sosial yönümlü sahələr arzuolunandır);
Azərbaycan və Rus dilinə hakim olmaq, İngilis dil biliklərinin olması üstünlükdür;
MS Office proqramlarında işləmək qabiliyyəti;
Yüksək səviyyədə yazılı və şifahi nitq bacarığı, dinləmə qabiliyyəti;
Yüksək təşkilatçılıq bacarığı;
Stressə dözümlülük, kriz zamanı idarəetmə və səbirli olmaq qabiliyyəti;
Təminatlar:
Təyin olunmuş güzərgahdan servis vasitəsilə iş yerinə çatdırılma;
Nahar ilə təmin edilmə;
İş qrafiki və əmək haqqı:
Əmək haqqı müsahibə əsasında müzakirə ediləcək.
6 günlük iş qrafiki;
İş yeri:
Bakı şəhəri, Xətai rayonu, Ağ şəhər, Huner Group Baş Ofisi.
Müraciət qaydası:
hr @hunergroup.az elektron poçt ünvanına mövzu hissəsində vəzifə adını – “Baş direktor köməkçisi”
yazıb CV göndərməklə müraciət edilir.