İşin təsviri
                
                
                                
                Tələblərimiz:
	- Ana dilimizdə və rus dilində şifahi və yazılı şəkildə nitq qabiliyyəti;
 
	- Yüksək ünsiyyət, komandada işləmək, analitik düşünmə və problemləri həll etmə bacarığı;
 
	- Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi keyfiyyətlərə malik olması;
 
	- Müvafiq sahədə iş təcrübəsi;
 
	- Ali təhsil (bakalavriat diplomuna sahib namizədlərə üstünlük veriləcək);
 
Öhdəliklərimiz:
	- Ofisə daxil olan müştəriləri gülərüzlə qarşılamaq, onları dolğun şəkildə məlumatlandırmaq və müraciətləri üzrə yönəltmək;
 
	- Daxil olan zəngləri və elektron müraciətləri cavablandırmaq, onları aidiyyəti üzrə istiqamətləndirmək;
 
	- Daxil və xaric olan sənədləri qəbul etmək, qeydiyyata almaq və aidiyyəti üzrə təhvil vermək;
 
	- Xüsusi hallar ilə bağlı rəhbərliyə mütəmadi şəkildə məlumat vermək;
 
İş şəraitimiz:
	- İş yeri: Ağ Şəhər, “Huner Group”
 
	- İş qrafiki: Həftənin 6 günü (şənbə günləri qısaldılmış iş rejimi);
 
	- Nahar yeməyi: Şirkət tərəfindən qarşılanır (baş ofisdə Yeməkxana mövcuddur);
 
	- Əməkhaqqı məlumatı namizədin təcrübəsi, bilik və bacarıqlarına uyğun olaraq yalnız müsahibə mərhələsində bildiriləcək.
 
Maraqlanan şəxslər azərbaycan dilində tərtib olunmuş öz CV-lərini “Receptionist” başlığı ilə elektron poçt adresimizə göndərə bilərlər.