İşin təsviri
                
                
                                
                Öhdəliklər:
	- 2D/3D formatında qrafik animasiya və hərəkətli kompozisiyalar hazırlamaq;
 
	- Verilmiş tapşırıqlar əsasında müxtəlif növ dizayn işləri hazırlamaq;
 
	- Foto və video çəkilişlər etmək, o cümlədən, montajlarını hazırlamaq;
 
Tələblərimiz:
	- Müvafiq sahədə ən azı 3 il müddətində iş təcrübəsinə sahib olmalıdır;
 
	- “Adobe Premier”, “Adobe After Effects”, “Adobe Photoshop”, “Adobe Illustrator”, “Corel Draw” proqramlarını peşəkar şəkildə istifadə etməyi bacarmalıdır;
 
	- Portfolio təqdim etməlidir;
 
	- İşində kreativ və yenilikçi olmalıdır;
 
	- Məsuliyyətli və dəqiq olmalıdır;
 
Şərtlərimiz:
	- İş yeri Ağ şəhərdə yerləşir;
 
	- Bakıda yaşayan namizədlərə üstünlük veriləcək;
 
	- İş rejimi həftənin 6 günüdür;
 
	- İş saatları bazar ertəsi və cümə günləri saat 09:00-dan 18:00-dək, şənbə günləri isə 10:00-dan 16:00-dəkdir;
 
	- İş yerində yeməkxana mövcuddur və nahar yeməyi şirkət tərəfdən qarşılanır;
 
	- Əməkhaqqı namizədin təcrübəsi, bilik və bacarıqlarına əsasən yalnız müsahibə mərhələsində müzakirə edilir;
 
Son müraciət tarixi: 15 iyun 2023.