Arxivarius

İşin təsviri

Vəzifə və Öhdəliklər:

• Arxiv işçisi müəssisədə arxiv işinin aparılması üzrə işi həyata keçirir.
• Arxivə daxil olmuş sənədlərin saxlanılması və mühafizəsini təmin edir.
• Struktur bölmələrində kargüzarıq işi yekunlaşdırılmış sənədləri saxlanılmaq üçün qəbul edir və qeydiyyata alır.
• İşlərin nomenklaturasının işlənib hazırlanmasında iştirak edir, arxivə verilən zaman onların formalaşdırılması və rəsmiləşdirməsinin düzgünlüyünü yoxlayır.
• Mövcud qaydalara uyğun olaraq saxlanılma vahidlərini şifrləyir, işləri sistemləşdirir və yerləşdirir, onların uçotunu aparır.
• Müvəqqəti və daimi saxlanılma müddətli vahidlərin, eləcə də sənədlərin dövlət arxivinə təhvil verilməsi, saxlanılma müddəti keçmiş materialların silinməsi və məhv edilməsi üçün aktların məlumat siyahılarını hazırlayır.
• Sənədlər üçün sorğu aparatının yaradılması üzrə işi aparır, onların rahat və tez axtarılmasını təmin edir.
• Sənədlərin vəziyyətinə, onların vaxtında bərpasına, saxlanılması üçün arxivin otaqlarında zəruri olan şəraitin təmin olunmasına riayət edilməsini izləyir.
• Daxil olan sorğulara uyğun olaraq arxiv surətlərini və sənədləri verir, arxivin sənədlərində olan məlumatlar əsasında lazımi arayışları tərtib edir, arxivin işi barədə hesabatın tərtib olunması üçün məlumatları hazırlayır.

BİLİKLƏR

• Kompyuter bilikləri: Microsoft Office proqram təminatı paketi üzrə əsas biliklər;
• Dil bilikləri: Azərbaycan və rus dillərini sərbəst bilmək.

BACARIQLAR

• Ünsiyyət qurmaq bacarığı;
• Qeyri standart vəziyyətə cəld reaksiya vermək;
• Məntiqi təfəkkür.
• Yaxşı ünsiyyət qurmaq qabiliyyəti.

Son müraciət tarixi: 31 oktyabr, 2019.

Zəhmət olmasa müraciət etdiyiniz vəzifənin adını “mövzü” bölməsində qeyd etməklə CV-nizi    [email protected]   ünvanına göndərin.

İşəgötürənin reytinqi