Leyla Medical Center


1999-cu ildə ulu öndərimiz Heydər Əliyev tərəfindən açılışı baş tutan Leyla Şıxlinskaya Klinikası fəaliyyətinin 20-ci ilində Referans Medical Group şəbəkəsinə daxil olaraq yeni ad, daha geniş xidmət çeşidi, daha da peşəkar həkimlər ilə sizlər üçün xidmət göstərməyə başladı.

Mərkəzimiz tək Azərbaycanda deyil, eyni zamanda Qafqazda ilk Mamalıq və Ginekologiya üzrə ixtisaslaşdırılmış özəl tibb müəssisəsi kimi uğurla fəaliyyətə başlamışdır. Bizlərə göstərilən inamı doğrultmaq və Səhiyyə sisteminin, xüsusilə özəl tibb sektorunun inkişaf etdirilməsi məqsədilə müəssisəmiz dayanmadan sizlər üçün xidmət göstərməkdədir.

Leyla Medical Center olaraq yeni personal, yeni həkimlər, yeni avadanlıqlar və ən dəqiq laborator xidmətlər ilə "Sizin sağlamlığınız-bizim dəyərimizdir" şüarı altında fəaliyyətimizi sizlər üçün davam etdirəcik.

Leyla Medical Center 30-a yaxın şöbə (ginekologiya, pediatriya, allerqologiya, travmatologiya, instrumental diaqnostika, stomatologiya, dermatologiya, nevrologiya və s.), ambulator və stasionar bölmələr, 24 saatlıq təcili tibbi yardım xidməti və 100-ə yaxın peşəkar həkimlər ilə fəaliyyət göstərir.

Sağlamlığınızla bağlı şikayətiniz var? O, zaman ilk müraciət edə biləcəyiniz mərkəz məhz Leyla Medical Center-dir.
Sizin sağlamlığınız-bizim dəyərimizdir...

İşəgötürənin reytinqi

Rəy yoxdur. Bəlkə bu şirkət haqda elə birinci rəyi sən yazasan?