Pediatrik Təcili tibb yardım Həkimi

İşin təsviri

Vəzifə və Öhdəliklər:

-Diaqnostik və müalicə prosedurlarının aparılmasının, alət, aparat və avadanlıqların istismarının, dərman preparatlarının səmərəli istifadəsinə, orta və kiçik tibb heyəti tərəfindən təhlükəsizlik texnikası və əməyin mühafizəsi qaydalarına riayət edilməsinə nəzarət edir;
- Orta və kiçik tibb heyətinin ixtisasının artırılması üzrə məşğələlərin aparılmasında iştirak edir;
- Pediatrik təcili və təxirəsalınmaz tibbi yardım üzrə həkim tibbi praktikada tətbiqinə icazə verilmiş müasir diaqnostika və müalicə metodlarından istifadə etməklə öz ixtisası üzrə peşəkar seviyyədə tibbi yardım göstərir;
- Ona tabe orta və kiçik tibb personalının işinə rəhbərlik edir, öz vəzifə öhdəliklərinin yerinə yetirilməsində onlara kömək edir

Tələb olunan bilik və bacarıqlar:

- Ali təhsil;
- Tələb olunan sahə üzrə ən azı 1 illik iş təcrübəsi olan
- ABC Reanimasiya
- IVL aparatında iş
- EKQ
- Dil bilikləri:
 - Azərbaycan dili – (mütləq) danışıq, savadlı və yüksək nitq mədəniyyəti, düzgün yazışma üslubu;
 - Rus dili – danışıq (tələb olunmur, amma üstünlük verilir);
 - İngilis dili arzu olunandır;
- Stressə davamlılıq bacarığı- Eyni tipli sualların səbr və təmkinlə cavablandırılması;
- Daimi öz üzərində işləmə, bilik və bacarıqların artırılması, davamlı mütaliə etmə bacarığı;
- Ofis avadanlığı və MS Office proqram təminatı paketi ilə işləmək bacarığı;
- Komanda ilə işləmək bacarığı.

Son müraciət tarixi: 22 fevral 2021

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər.

İşəgötürənin reytinqi