Baş Aqronom

  • Mirlex Trading
  • Elanın qoyulma tarixi: 10.10.2019
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Baş Aqronom

Vəzifə öhdəlikləri

• Təsərrüfatda əkin dövriyyəsinin (növbəli əkin sisteminin qurulmasını həyata keçirmək)
• Əkin dövriyyəsində olan kənd təsərrüfatı bitkilərinin becərilməsinə dair texnoloji xəritələrin tərtib olunması
• Torpaqların aqrokimyəvi və struktur analizi nəticələrinə uyğun olaraq torpaqların qida balansının müəyyələnləşdirilməsi
• Mütəmadi fenoloji müşahidələrə əsaslanaraq təsərrüfatın kimyəvi mübarizə tədbirlər sisteminin qurulmasını həyata keçirmək
• Əkin dövriyyəsinə uyğun olaraq təsərrüfatın üzvi-mineral gübrə, toxum, pestisid və digər dövriyyə vəsaitlərinə olan illik təlabatlarının müəyyənləşdirilməsi
• Torpaqların münbitliyinin artırılması istiqamətində mütərəqqi texnologiyaların tədbiq olunması və innovativ istiqamətlərdə işlərin təşkilinə nail olunması
• İstehsal olunan kənd təsərrüfat məhsullarının istehsalı, yığımı və saxlanılmasına birbaşa cavabdehliyi həyata keçirilməsi
• Təsərrüfatda qurulmuş mütərəqqi suvarma sistemi olan pivot suvarma sistemlərinin mütəmadi dayanıqlılıq fəaliyyətinin təmin olunması
• Kənd təsərrüfatı bitkilərinin xəstəlik və zərərvericilərinə qarşı mübarizə tədbirlərin görülməsi

Tələblər:

• Ali (Azərbaycan Dövlət Aqrar Universiteti və ya bu ixtisasa yaxın olan sahə üzrə ali təhsil)
• Dil bilikləri: Azərbaycan, Rus dili (ən əzı orta səviyyə);
• Əkin sahəsinin sıfırdan məhsul götürülənədək qurulmasında ən azı 5 il iş təcrübəsi
• Analoji suvarma sistemi olan sahələrdə iş təcrübəsi
• İstehsalın təşkili, kadrların motivasiya sistemləri, komandasının işinin səmərəliliyi təşkili sahəsində iş təcrübəsi
• Bir neçə işlərin eyni anda təşkili və aparılması bacarığı

Baş aqronom, layihənin başlamasından, idarəetmə və büdcə tərtibinə qədər bütün funksiyalar üçün məsuliyyət daşıyacaqdır.

E - mail : [email protected]