Mirlex Trading


Mirlex Trading şirkəti Azərbaycan Respublikası ərazisində ərzaq məhsullarının paylanması ilə məşğul olur. Qısa müddət ərzində Mirlex Trading süd məhsulları bazarında lider olmağı bacarmış və özünü etibarlı tərəfdaş kimi sübut edərək, digər qida çeşidləri istiqamətində də fəaliyyətini inkişaf etdirməyə başlamışdır.

Hal-hazırda Mirlex Trading şirkətinin tərəfdaşları arasında onlarla dünya şöhrətli kompaniya var. Biz Azərbaycanda eksklüziv olaraq, Uhrenholt, Arla Foods, Сваля, Twinings, Dilmah, Monini və digər bu kimi brendləri təqdim edirik. Təklif edilən bütün məhsul çeşidləri beynəlxalq təşkilatlar tərəfindən sertifikatla təsdiqlənmiş yüksək keyfiyyətə malikdir.

Mirlex Trading şirkətində qida paylanması sahəsində çoxillik təcrübəyə malik professionallar işləyir. Biz məhsul çeşidlərini artırmaqla, bazar tələbatlarına vaxtında cavab verməyi bacarırıq. Missiyamız həqiqətən ən yaxşısını təklif etmək, müştərinin qeydinə qalmaq, yeni dadlar və müasir trendləri təqdim etmək. habelə uzunmüddətli və qarşılıqlı xeyir əsasında əməkdaşlıqlar qurmaqdan ibarətdir.

Rəy yoxdur. Bəlkə bu şirkət haqda elə birinci rəyi sən yazasan?