Mühasibatlıq üzrə kargüzar

  • Norm OJSC
  • Elanın qoyulma tarixi: 08.10.2019
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Norm Sement zavodu

Norm Sement zavodu Bakının Qaradağ rayonunda fəaliyyət göstərir. İstehsal gücü gündə 5 min ton klinker, ildə isə 2 milyon ton sement təşkil edən müəssisə cənubi Qafqazın ən iri sement zavodudur.

Hazırda şirkətimiz Mühasibatlıq üzrə kargüzar vakansiyasına işə qəbul elan edir.

Əsas vəzifə və öhdəliklər:

• Hesab-fakturaların, Subpodratçıların və Tədarükcülərin Aralıq ödəniş hesablarının qəbul edilməsi, saxlanması və qeydiyyatı
• Hesab-fakturanın çeşidlənməsi, surətinin çıxarılması və paylanması
• Jurnalda qeydiyyatların aparılması və məlumatların tərtib edilməsi
• Qüvvədə olan hesab-fakturaların qeydiyyata alınması və üzərində tarix möhürünün vurulması
• Jurnalda müvafiq qeydlərin aparılması
• Hesab-fakturaların icrası ilə bağlı tədarükcülərin telefon zənglərinin cavablandırılması
• Kreditor borclar ilə bağlı bütün məsələlərin müəyyən edilməsi, təhlili və idarəolunmasında kreditor hesablar üzrə mühasibə dəstək verilməsi
• Mühasibat sənədlərinin, daxili və kənar qurumlar, şöbələr və şəxslərlə yazışmalar və məlumat mübadiləsinin nəzərədən keçirilməsi və qeydiyyatı
• Müştəri ödənişlərinin qeydiyyata alınması və təşkili
• Müştəri müraciətlərinə baxılması və lazım gələrsə uyğunsuzluqların aradan qaldırılması
• Debitor borclar və müştəri xidmətləri ilə bağlı bütün məsələlərin müəyyən edilməsi, təhlili və olunmasında debitor hesablar üzrə mühasibə dəstək verir
• Ayın sonunda maliyyə hesabatının bağlanmasına dəstək

Tələblər:

• İqtisadiyyat, Maliyyə və ya Biznes ixtisasında bakalavr dərəcəsi üzrə ali təhsil
• İngilis dili orta səviyyədə
• MS Office programları orta səviyyədə, MS excel üzrə səriştə

Tələb olunan kompetensiyalar

• Müştəri yönümlülük
• Əməyin mühafizəsi qaydalarından xəbərdar olma
• Bütövlük
• Yenilikçilik

Tərcümeyi-hallarınızı [email protected] ünvanına göndərməyiniz və müraciət etdiyiniz vəzifənin adını mövzu xanasında qeyd etməyiniz xahiş olunur.
Tərcümeyi-halların təqdim olunması üçün son tarix: 20.10.2019

İşəgötürənin reytinqi