Mühasib

  • AS Group
  • Elanın qoyulma tarixi: 03.10.2019
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Şirkət haqqında.

2003-cü ildən dövlət və özəl sektorda kompleks layihələr həyata keçirən “AS Group Investment” Şirkətlər qrupu regionun aparıcı developerlərindən biridir.

Müasir idarəetmə, güclü müasir texniki baza və müasir texnologiyaların tətbiqi qısa müddət ərzində qazanılan uğurların təməlini qoydu. Bu uğurlar isə öz növbəsində “AS Group Investment”-ə həm Azərbaycanda, həm də digər ölkələrdə etibarlı tərəfdaş reputasiyasını qazandırdı.

Bütün layihələr, konsepsiyasından başlayaraq tam təhvil verilmə mərhələsinə kimi, “AS Group Investment” və onun törəmə şirkətləri tərəfindən həyata keçirilir.

Vakant vəzifə: Mühasib

Mühasibat uçotu üzrə ilkin sənədləşmələrin təşkili
Mal-material uçotunun aparılması
Vergi sahəsi ilə bağlı əməliyyatlar - bütün vergi hesabatlarının göndərilməsi
E-Qaimə Elektron Vergi Hesab Fakturalarının tərtib olunması və göndərilməsi
Vergi hesabatlarının hazırlanması və təqdim edilməsi
DSMF hesabatlarının (B1, B3) hazırlanması və təqdim edilməsi
Statistika hesabatlarının hazırlanması və təqdim edilməsi
Məşğulluq idarəsinə hesabatların hazırlanması və təqdim edilməsi
E-gov.az, e-taxes.gov.az, digər portallardan istifadə etmək və s. rəhbərliyin verdiyi tapşırıqları yerinə yetirmək

Vəzifəyə olan tələblər:

Ali təhsil: mühasibatlıq, maliyyə, iqtisadiyyat
Ən azı 3 il mühasibatlıq sahəsində iş təcrübəsi
Programlar: 1C (8.3) yüksək səviyyədə, MS Office (əsasən Excel, Word və Outlook) proqramlarında sərbəst
İş qrafiki: Həftə içi 5 gün, saat 09:00-dan 18:00 kimi.
Yaş həddi: 25-30
Dil bilikləri: Azərbaycan dili (Rus və İngilis dili arzuolunandır)
Əmək haqqı: 700 - 1000 AZN

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər. Müraciət etdiyiniz vəzifənin adını e-mail-in mövzu hissəsində “Mühasib” qeyd etməyiniz xahiş olunur.