HR menecerin müavini

İşin təsviri

Papa John’s Azərbaycan, tanınmış Amerika brendi olan, “Ən yaxşı inqrediyentlərdən istifadə edərək “Ən yaxşı pizza” şüarı ilə addımlayan, pizza restoranlar şəbəkələri üçün HR menecerin müavini vakansiyası elan edir:

Tələblər:

• HR sahəsində 5 il iş təcrübəsi
• Əmək qanunvericiliyini bilməli
• Azərbaycan, Rus dilində sərbəst danışıq mütləqdir.
• Ali təhsil mütləqdir
• İdarəcilik və təşkilatcılıq bacariqları

Öhdəliklər

• Hesabatlar

- Aylıq tabellərin hazırlanması
- Premiya və bonusların hesablanması
- Əmək kitabçaların qeydiyyatı və verilməsi
- Əmək və Xidməti Müqavilələrin hazırlanması və qeydiyyatı

• Dövlət orqanları üzrə

- Dövlət orqanlarına hesabatların hazırlanması və göndərilməsi
- İşçilərin icbarı sığorta olunmasını təmin etmək
- İşçilərin tibbi müayinədən keçirilmısini təmin etmək
- İşçilərə sosial sığorta kartlarının açılmasını təmin etmək
- İşə qəbul və işdən çıxma prosedurlarının qanunvericiliyə əsasən aparmaq

• Yeni işçilərin axtarışı

- Yeni açılmış vakansıyalara dair elan hazırlamaq və axtarışa vermək.
- Müsahibələrin vaxtını təyin etmək və keçirmək
- Vakansiya ehtiyaclarının qeydiyyatını aparmaq.
- Açığ vakansiyaları vaxtında bağlamaq.

• Şirkət daxili

- İşçilərin yerdəyişməsi
- İş cədvəllərini hazırlanması
- İş şəraitnin yoxlanılması və işçilərin problemlərinin araşdırılması
- Vəzifə təlimatlarının hazırlanması
- Təlim proseslərinin həyata keçirilməsi
- Texniki təhlükəsizlik qaydalarının tətbiqi və uçotu

İş Şərtləri

• CV-də minimum əmək haqqı gözləntilərivizi qeyd edin.
• 6 günlük iş günü
• Iş qrafiki Bazar etrəsi – Cümə saat 10-19 – dək, Şənbə günü saat 10-17-dək
• Rabitə xərclərinin şirkət tərəfindən ödənilir.
• İş yeri şəhərin mərkəzində yerləşir
• İşə qəbul tam rəsmi əmək qanunvericiliyinə uyğun olaraq həyata kecirilir

Qeyd olunan tələblərə cavab verən namizədlər öz ərizə formalarını (CV) “HR Menecerin muavini” mövzusu altında [email protected] elekton ünvanına göndərə bilərlər.

İşəgötürənin reytinqi