Sənəd Nəzarəti üzrə kiçik mütəxəssis

İşin təsviri

Vəzifə təlimatı:

  • Müqavilələrin hazırlanması və standartlara uyğun olmasının yoxlanılması;
  • Müəssisədə sənədlərin arxivləşdirilməsi və ehtiyac olduğu təqdirdə rəhbərliyə aidiyyatı məlumatların təqdim olunması;
  • Əməkdaşlıq edilən şirkətin əməkdaşlarına sənədlərin hazırlanması və müəyyən əməliyyatların həyata keçirilməsində dəstək göstərilməsi;
  • Müəssisədə sənədlərin düzgün idarə edilməsinə dəstək göstərmək və daxil olan sənədləri qəbul etmək, qeydə almaq və aidiyyatı üzrə bölüşdürmək;
  • Sənəd mübadiləsinin yerinə yetirilməsi;
  • Sifarişçi və subpodratçılar daxil olmaqla bütün müvafiq tərəflərdən və tərəflərə sənəd axınının qeydiyyatının və nəzarətinin həyata keçirilməsinə dəstək olmaq;
  • Sənəd dövriyyəsinin uçot-nəzarət işini təşkil etməklə sənədlərin dövriyyəsinə və icra müddətinə dəstək göstərmək, pozuntu halları barədə öz rəhbərini məlumatlandırmaq;
  • Sənədlərin təhlükəsizliyinin təmin olunması üçün ehtiyat nüsxələrini saxlamaq və arxivləşdirmək;
  • İclas protokollarının və aktların hazırlanmasına dəstək göstərmək;
  • Log və Registerlərin hazırlanması;
  • MAR, MRİ, NFi və s. kimi Keyfiyyətə Nəzarət sənədlərinin hazırlanması;
  • Method Statement, İnspection Test plan kimi sənədlərlə tanışlıq;

Namizədə tələblər:

  • Aidiyyatı sahə üzrə 1 il iş təcrübəsi
  • Azərbaycan dilini əla, Rus və İngilis dili üstünlükdür
  • MS Office (Word, Excel, Power Point) bilikləri
  • Ali təhsil
  • Komandada işləmə bacarığı

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.