Tələb olunan avadanlıqların qiymətləndirilməsi və layihələndirilməsi

İşin təsviri

Kimə: Bütün tender iştirakçılarına

Kimdən: GIZ Bakı Ofisi
Layihənin nömrəsi: 16.21796-003.00
Layihənin adı:  Cənubi Qafqazda Özəl Sektorun İnkişafı və Texniki Peşə Təhsili və Təlimi Proqramı (PSD TVET)
Ölkə: Azərbaycan

Tenderin adı:  Xaçmaz Peşə Məktəbində istixananın quraşdırılması üçün tələb olunan avadanlıqların qiymətləndirilməsi və layihələndirilməsi

Hörmətli Tender iştirakçısı,
GIZ-in Bakıdakı ofisi Xaçmaz Peşə Məktəbində istixananın quraşdırılması üçün tələb olunan avadanlıqların qiymətləndirilməsi və layihələndirilməsi üzrə tender elan edir.
Əlavədə ingilis və azərbaycan dillərində göstərilən vəzifə təlimatları (Annex 1 ToR_Green House equipment_design and technical specifications-aze və Annex 1 ToR_Green House equipment_design and technical specifications-eng)  ilə maraqlandığınız halda 7 oktyabr 2019-cu il tarixi saat 14:00-dək təkliflərinizi təqdim etməyinizi xahiş edirik.
Təkliflərinizi təqdim edən zaman iki zərf prosedurundan istifadə edin, yəni təkliflər iki ayrı-ayrı möhürlənmiş / imzalanmış və qapalı zərflərdə poçt/və ya şəxsən təqdim etmə vasitəsi ilə GIZ ofisi, Rəsul Rza 75,Winter Park Biznes Mərkəzi, ofis 202, Bakı, Azərbaycan ünvanına göndərilməlidir. Birinci zərfə texniki sənədlər, yəni şirkətin profili və CV-lər, VÖEN və bank göstəriciləri,  texniki konsepsiya və iş planı əlavə olunmalıdır. İkinci zərfdə maliyyə təklifi təqdim olunmalıdır. Hər bir zərf “Maliyyə təklifi” və ya “Texniki təklif” kimi işarələndirilməlidir.
Texniki təklifdə maliyyə məsələlərini əks etdirən məlumat olmamalıdır.
Texniki məsələlər üzrə sualınız olduğu təqdirdə 3 oktyabr  2019-cu il tarixinədək elektron poçt vasitəsilə Səbinə Hacıyeva ([email protected]) müraciət edə bilərsiniz. Nəzərə alın ki, bütün iştirakçıların tenderdə bərabər iştirakını təmin etmək məqsədilə tərəfinizdən verilən sualların cavabları digər tender iştirakçılarına da göndəriləcəkdir. Qaydalarımıza zidd olan təkliflər tərəfimizdən qeydə alınmayacaqdır. 3 oktyabr 2019-cu il tarixindən sonra verilən suallar cavablandırılmayacaqdır.

Qiymətləndirmənin meyarları 70% texniki və 30% maliyyə kimidir.
Qiymətləndirmə zamanı namizədlərin renkinqinə (qiymətləndirməyə əsaslanan sıralama) görə siyahı tutulacaqdır (Annex 2 TAG PSDTVET_green house asssesment). Adətən siyahıda birinci yerdə olan namizədlə müqavilə danışıqları aparılır. Bu danışıqlar müvəffəqiyyətli olmadığı halda siyahıda olan ikinci namizəd danışıqlara dəvət olunur.
Qiymətləndirmədən sonra yalnız qalib seçilən iştirakçı (şirkət və ya mütəxəssis) əlaqə saxlanacaqdır. Qalib seçilməyən iştirakçılara tenderin nəticələri haqqqında cavab göndərilməyəcəkdir.

Əlavələr

1. ( Annex 1 ToR_Green House equipment_design and technical specifications-eng.doc )

2. ( Annex 1 ToR_Green House equipment_design and technical specifications-aze.doc )

3. ( Annex 2 TAG PSDTVET_green house asssesment.pdf )