Tərcüməçi (Layihələr üzrə)

İşin təsviri

Tərcüməçi (Layihələr üzrə)

- Müəssisənin adı: “Qazax Sement Zavodu” MMC
- İş yeri: Qazax rayonu, Daş Salahlı kəndi

Namizədə tələblər:

- Müvafiq sahə üzrə ali təhsil və iş təcrübəsi;
- Texniki / sənaye, administrativ və layihələr üzrə iş təcrübəsi olanlara üstünlük verilir;
- Dil bilikləri: Azərbaycan və İngilis dillərini (Sinxron və Yazılı) bilməli;
- MS Office – Word, Excel, Project proqramlarını bilməli;
- Məsuliyyətli, işgüzar, ciddi, ünsiyyətcil və aktiv olmalı.

Əsas vəzifə öhdəlikləri:

- Əcnəbilərlə görüşmələrdə və iclaslarda, o cümlədən müəssisənin əcnəbi mütəxəssis və rəhbər işçi heyətinin sahələrdə kollektiv ilə görüşmələrində və iş prosesində tərcüməçilik etmək (İngilis və Azərbaycan dillərində), qeydlər aparmaq, iclas və görüşmə protokollarını hazırlamaq,
- Müəssisəyə və layihələrə aid sənədləri və yazışmaları Azərbaycan dilindən İngilis dilinə və əksinə tərcümə etmək,
- Vəzifəsindən irəli gələn digər işləri yerinə yetirmək.

Əsas təminatlar:

- Nahar (Zavod ərazisindəki hoteldə qalanlar gündə 3 dəfə yeməklə təmin olunur),
- Aylıq mobil rabitə limiti,
- İşçilərin iş yerinə rahat gediş-gəlişi üçün ətraf yaşayış məntəqələrinə (Qazax və Ağstafa rayonları) komfortlu servis avtobusları fəaliyyət göstərir,
- Zavod ərazisində yaşayış yeri şirkət tərəfindən təmin olunur (Adminstrativ heyət üçün zavod ərazisində yüksək səviyyəli Hotel fəaliyyət göstərir).

E - mail : [email protected] . Mövzu hissəsində " Tərcüməçi " qeyd olunması zəruridir.
Not: Xahiş olunur fikri ciddi olmayan, İngilis dili və Azərbaycan dili səviyyəsi yetərsiz olan və ilkin müsahibə üçün zavoda (Qazax rayonu, Daş Salahlı kəndi) gələ bilməyən (və ya gəlmək istəməyən) namizədlər CV göndərməsin.