Mühasib

  • Damla Mebel MMC
  • Elanın qoyulma tarixi: 11.09.2019
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Azərbaycanın ən böyük mebel istehsalçılarından biri olan “Damla” MMC 2012-ci ildən etibarən fəaliyyət göstərməkdədir. Artıq uzun illərdir ki, şirkətimiz təklif etdiyi mebellərin topdan satışını uğurla həyata keçirir. İstehsalat prosesində yalnız dünyaca məşhur şirkətlərin istehsalı olan, ekoloji cəhətdən səmərəli və sertifikatlaşdırılmış mebel materiallarından istifadə olunur.

Yerli brend Damla artıq Qazaxıstan, Gürcüstan, Rusiya, İran, Türkmənistan, Tacikistan, Özbəkistan kimi ölkələrdə də Azərbaycanı təmsil etməkdədir.

Vakansiya: Mühasib

Vəzifə öhdəlikləri:

 Mühasibat uçotu üzrə ilkin sənədləşmələrin təşkili;
 Vergi və mühasibat uçotunun aparılması;
 E-Qaimə Faktura, Elektron Vergi Hesab Fakturalarının tərtib olunması və göndərilməsi, qarşılıqlı hesablaşma və üzləşmə aktlarının tərtib edilməsi;
 Debitor və kreditor hesablaşmaların aparılması;
 Əmək haqqı hesablanması;
 Əsas vəsaitlərin alınması, istismara verilməsi, köhnəlməsinin hesablanması, balansdan silinməsi və s.;
 Mal-materialların uçotunun aparılması;
 İstehsal olunan malların maya dəyərinin hesablanması;
 Aylıq hesabatlarınin tərtib edilməsi;
 Aylıq daxili maliyyə hesabatlarının hazırlanması;
 Vergi orqanlarından daxil olan məktubların nəzarətdə saxlanılması və müvafiq yazışmaların aparılması;
 Aylıq, rüblük və illik Vergi, DSMF və Statistika hesabatlarının hazırlanması və aidiyyəti orqanlara təqdim edilməsi;
 AR əmək məcəlləsinə əsasən işçilərin sənədləşməsinin aparılması;

Namizədə tələblər:

 Ali Təhsilli
 Müvafiq sahə üzrə 1-2 il iş təcrübəsi;
 1C-in 8.3 rus versiyasında yüksək işləmə bacarığı
 Sərbəst qərar qəbul etmə və analitik bacarıqlar;
 Microsoft office proqramlarından istifadə bacarığı.

İş şərtləri:

 Həftədə 6 iş günü, 1 gün istirahət;
 Əmək haqqı: 800-1000AZN
 Korporativ nömrə və danışıq vaxtı şirkət tərəfindən təmin edilir.
 İş yeri Abşeron r-nu, Masazır qəs., Villa Badam yaşayış kompleksinin yaxınlığı
 İşçilərin daşınması üçün nəqliyyat xidməti var. (Nəqliyyat xidməti: Sumqayıtdan, Xırdalandan, 20 Yanvardan)

Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini [email protected] elektron ünvanına mövzu yerinə “Mühasib” yazaraq göndərmələri xahiş olunur. Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.