Dizayner - Konstruktor

  • Damla Mebel MMC
  • Elanın qoyulma tarixi: 01.09.2019
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Azərbaycanın ən böyük mebel istehsalçılarından biri olan “Damla” MMC 2012-ci ildən etibarən fəaliyyət göstərməkdədir. Artıq uzun illərdir ki, şirkətimiz təklif etdiyi mebellərin topdan satışını uğurla həyata keçirir. İstehsalat prosesində yalnız dünyaca məşhur şirkətlərin istehsalı olan, ekoloji cəhətdən səmərəli və sertifikatlaşdırılmış mebel materiallarından istifadə olunur.
Yerli brend Damla artıq Qazaxıstan, Gürcüstan, Rusiya, Türkmənistan, Tacikistan, Özbəkistan kimi ölkələrdə də Azərbaycanı təmsil etməkdədir.

Vakansiya: Dizayner - Konstruktor

Vəzifə öhdəlikləri:

 Mebellərin ölçülərinin və standartlara uyğun texniki göstəricilərinin (kəsim, dəlik, PVC və sair.) hazırlanması;
 Texniki hesablamaların aparılması, təkliflərin verilməsi;
 Konstruksiyanın qurulmasında texniki hesabat metodundan istifadə edilməsi və işçi çizimlərinin hazırlanması;
 Rəhbərinin digər tapşırıqlarının yerinə yetirilməsi.

Namizədə tələblər:

 Müvafiq sahə üzrə 2-3 illik iş təcrübəsi;
 3ds Max, AutoCAD proqramlarını yaxşı səviyyədə;
 Alphacam , ArtCAM proqramlarında ilkin anlayış;
 1C (arzu olunandır) və Microsoft office proqramlarından istifadə bacarığı;

İş şərtləri:

 Həftədə 6 iş günü, 1 gün istirahət;
 Əmək haqqı: Namizədin bilik və bacarığına əsasən müəyyən edilir.
 Korporativ nömrə, işçilərin daşınması üçün nəqliyyat xidməti şirkət tərəfindən təmin edilir.

Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini [email protected] elektron ünvanına mövzu yerinə “Dizayner - Konstruktor” yazaraq göndərmələri xahiş olunur. Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.