Brend Chef

İşin təsviri

Vakansiya: Brend Chef

Restoranlar şəbəkəsi

İş yeri: Bakı
Cinsi: kişi
İş qrafiki: 6 günlük iş həftəsi, növbəli saat

Vəzifə öhdəlikləri:

- Restroranlar arası iş bölgüsünü düzgün aparılmasını təmin etmək - Restoranların hər birində mətbəxdə iş prossesinin standartlara uyğun aparılmasını təmin etmək. -Hazırlanan yeməklərin keyfiyyətli və sağlam olmasını, onların tələb olunan gigiyenik standartlara cavab verməsini təmin etmək. - Lazım olan ərzağın miqdarını və dəyərini hesablamaq, onun vaxtında çadırılmasına və tələb olunan standarta cavab verməsinə nəzarət etmək.
- Sanitariya qaydalarına yüksək səviyyədə riayət etmək və mətbəxdə çalışan işçilərin standartlara riayət etdiyinə əmin olmaq məqsədilə təchiz edilən ərzağı, istifadə olunan avadanlıqları və mətbəxi daima təftiş etmək.
- Xüsusi tədbirlərin sifarişi zamanı müştəri ilə görüşüb menyu hazırlamaq və tələb olunan ərzağın miqdarı barədə hesabat hazırlamaq.
- Aşpazları və mətbəxdə çalışan digər işçiləri daima təlimatlandırmaq, yemək hazırlamaq sahəsində olan yenilikləri və həmçinin yeni avadanlıqlardan istifadə qaydalarını onlara nümayiş etdirmək.
- Göstərilən xidmətin keyfiyyətini yüksək səviyyədə qoruyub saxlamaq məqsədilə xüsusi təlimat hazırlamaq və düzgün iş bölgüsü aparmaq.
- Digər işçilərlə birlikdə ilin fəslindən və tələb olunan ədvəların mövcudluğundan asılı olaraq resept və menyu hazırlamaq.
- Aşpaz və yardımçı heyət də daxil olmaqla yeni işçi qəbul etmək, onları təlimatlandırmaq və istiqamətləndirmək.
- Qiyməti müəyyənləşdirmək və müvafiq ərzaq sifariş etmək üçün satışa cavabdeh məsul şəxslə mütəmadi görüşmək
- Müştərilərin sifarişinin düzgün yerinə yetirilməsi məqsədilə planlaşmanı, büdcəni və ərzağın alınması prosesini tənzimləmək.
- Komanda şəklində özündən yuxarı vəzifədə olan idarəedici və digər həmkarları ilə yaxından əməkdaşlıq etmək.

Namizəddən tələblər:

- Müvafiq sahədə minimum 5 il iş təcrübəsi
- Etik davranış qaydalarına sahib olmalı
- Diqqətli, məsuliyyətli və cəld
- Komandada işləmək bacarığı
- Gülərüzlü və hörmətli olmalı
- Dinləmə mədəniyyəti
- Xarici görünüşünə diqqət göstərməli
- Danışıq qabiliyyəti yüksək olmalı
- Müştəri ilə ünsiyyət qurmağı bacarmalı
- Dil bilikləri olanlara üstünlük veriləcək

Namizədlərdən öz CV-lərini müraciət edilən vakansiya adı qeyd olunmaqla “Brend Chef[email protected] elektron ünvanına göndərmələri xahiş olunur.

Restoranlar şəbəkəsi tərəfindən digər vakansiyalar