Qaynaqçı

  • Damla Mebel MMC
  • Elanın qoyulma tarixi: 26.08.2019
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Azərbaycanın ən böyük mebel istehsalçılarından biri olan “Damla” MMC 2012-ci ildən etibarən fəaliyyət göstərməkdədir. Artıq uzun illərdir ki, şirkətimiz təklif etdiyi mebellərin topdan satışını uğurla həyata keçirir. İstehsalat prosesində yalnız dünyaca məşhur şirkətlərin istehsalı olan, ekoloji cəhətdən səmərəli və sertifikatlaşdırılmış mebel materiallarından istifadə olunur.

Yerli brend Damla artıq Qazaxıstan, Gürcüstan, Rusiya, İran, Türkmənistan, Tacikistan, Özbəkistan kimi ölkələrdə də Azərbaycanı təmsil etməkdədir.

Vakansiya: Qaynaqçı

Vəzifə öhdəlikləri:

 Metal komponentləri qaynaq etmək, birləşdirmək;
 Qaynaq işlərini yerinə yetirərkən, qoruyucu maska, önlük və ya əlcək kimi qoruyucu geyimlərdən istifadə etmək;
 Qaynağın xüsusiyyətlərindən asılı olaraq qaynağın gedişinə və onların həyata keçməsinə diqqət etməli;

Namizədə tələblər:

 Müvafiq sahə üzrə 1-2 il iş təcrübəsi;
 Müvafiq sahə üzrə sertifikat arzuolunandır;

İş şərtləri:

 Həftədə 6 iş günü, 1 gün istirahət;
 Əmək haqqı: Namizədə görə müəyyən ediləcək;
 İş yeri Abşeron r-nu, Masazır qəs., Villa Badam yaşayış kompleksinin yaxınlığı

Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini [email protected] elektron ünvanına mövzu yerinə “Qaynaqçı” yazaraq göndərmələri xahiş olunur. Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.