Biznesin inkişafı üzrə mütəxəssis

İşin təsviri

Vakansiya: Biznesin inkişafı üzrə mütəxəssis

Logistik şirkət.
Ünvan: Bakı şəhəri
Müraciət üçün son tarix: 01 Sentyabr 2019-cu il

Zəhmət olmasa, CV göndərən zaman vəzifənin adını (Biznesin inkişafı üzrə mütəxəssis ) emailda MÖVZU (SUBJECT) bölməsində qeyd edərək [email protected] göndərin.

Hörmətli iş axtaran yoldaş, sizdən xahiş edirik ki, vakant vəzifənin tələbləri ilə tanış olduqdan sonra, əgər özünüzü bu vakant vəziənin tələblərinə tam uyğun hesab edirsinzsə, buyurub, bizimlə əlaqə saxlayın. Vəzifəyə və tələblərə uyğun olmayan CV-lərə baxılmayacaqdır.

VƏZİFƏLƏRİ:

 Biznes analitikdan alınmış analitik təhlilə əsasən yük bazasını formalaşdırmaq;
 Yük bazası əsasında yeni müştərilər və tərəfdaşlar axtarmaq;
 Yeni müştərilər ilə daimi ünsiyyətdə olmaq, Azərbaycan üzərindən keçən tranzit marşrutları, cəmiyyətin xidmətləri haqqında ətraflı məlumatı onlara çatdırmaq və onların tələb və təkliflərini öyrənmək;
 Cəmiyyətin digər partnyor şirkət və qurumları ilə görüşlər keçirmək;
 Alternativ marşrutların statistik təhlili işində iştirak etmək (tarif, zaman, təhlükəsizlik və s.)
 Şirkətin digər partnyor şirkət və qurumlarla keçirdiyi görüşlərdə iştirak və danışıqların nəticəsinə dair protokolları tərtib etmək;
 Cəmiyyəti yerli və beynəlxalq səviyyədəki tədbirlərdə təmsil etmək;
 Müxtəlif layihələr üçün elektron təqdimatlar hazırlanmasına yardım etmək;
 Layihə daşınmalarının həyata keçirilməsi üçün iqtisadi təhlillərin aparılması;
 Cəmiyyətin xarici ölkədə yerləşən nümayəndəlikləri ilə işləri koordinasiya etmək;
 Aparıcı bazarlarda yeni nümayəndəliklərin açılması istiqamətində araşdırmalar aparmaq;
 Müxtəlif tədbirlər üçün elektron təqdimatların və eyni zamanda şirkət profilinin hazırlanması və mütəmadi şəkildə yenilənməsinə yardım etmək;
 Müştəri və tərəfdaş şirkətlərin elektron bazasının yaradılması və mütəmadi şəkildə yenilənməsini təmin etmək;
 Müəssisədaxili və müəssisəxarici istifadəçilər üçün Biznesin inkişafı şöbəsinə dair məlumat vermək;
 Şirkətin və müxtəlif layihələr üçün internet səhifələrinin hazırlanmasında və yenilənməsində iştirak etmək;
 Yük daşınmaları departamentinin əməkdaşlarını tələb olunan tarif məlumatları ilə operativ təmin etmək;
 Təyin edilmiş vaxtlarda büdcə nəzarəti etmək və hesabat hazırlamaq;
 Həftəlik iş planı hazırlamaq və həftə sonu görülən işlər haqda hesabat təqdim etmək.

TƏLƏB OLUNANLAR:

 Təhsil dərəcəsi: İqtisadiyyat, biznesin idarə edilməsi və ya marketinq sahələri üzrə bakalavr dərəcəsi
 Marketinq, biznesin təşkili və idarəedilməsi üzrə biliklər
 Təcrübə: Sahə üzrə ən az 3 il,
 Tədqiqat qabiliyyəti
 Kommunikativ
 Təşəbbüskarlıq
 Müşahidə aparmaq və faktların müəyyən edilməsi bacarığı
 Marketinq kommunikasiyaları üzrə biliklər
 Bazar iqtisadiyyatının əsasları
 Satış texnikaları sahəsində biliklər
 Rus dili, ingilis dili əla səviyyədə
 Kompüter proqramları: MS Office (Word, Excel, PowerPoint, Visio, Outlook və s.)