Korporativ Satış Təmsilçisi

  • Subrano
  • Elanın qoyulma tarixi: 30.07.2019
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Korporativ Satış Təmsilçisi

SUBRANO 1997-ci ildə fəaliyyətə başlamış, Azərbaycanda ilk sənayevi üsul ilə mebel istehsal edən firmalardandır. 2018-ci ildən, Ağıllı Mebel istehsalına başlamışdır. Eyni zamanda GID (Grand Interior Design) və Castiron’s brendi adı altında müxtəlif çeşidli divan, mətbəx, uşaq dəsti istehsal və satışı ilə məşğuldur. Azərbaycan bazarında azsaylı ağıllı mebel məhsul istehsalçılarındandır. Müxtəlif kateqoriyalar üzrə 200-ə qədər məhsul çeşidi vardır.

Tələblər:

Yaş: 20 – 32
Cins: Fərqi yoxdur
Təhsil: Ali (Xaricdə təhsil almış namizədlərə, yaş məhdudiyyəti olmadan üstünlük veriləcəkdir.)
İş təcrübəsi: Mükəmməl satış qabiliyyəti olduğu halda, şərt deyildir. Lakin, təcrübəli namizədə üstünlük veriləcəkdir.
Şəxsi minik avtomobili ilə işləmək imkanı
Azərbaycan və Rus dillərində mükəmməl dil biliyi (İngilis dili üstünlükdür)
Satış qabiliyyətinin mükəmməl olması
Gülərüz, İnsancıl və Məsuliyyətli

Vəzifələr:

- Satış hədəflərinin yerinə yetirilməsi və ödənişlərin müntəzəm yoxlanışı və idarə edilməsi
- Əvvəlcədən əlaqə saxlanılmış müştəriləri ziyarət etmək və müştərilərə təqdimi
- Yüksək səviyyəli müştəri əlaqələrinin qurulması, yeni müştəriləri cəlb etmək
- Bazarın analizi və məlumat toplayaraq trend olan, yeni model təklifləri vermək
- Satış nöqtələrində kampaniyaların keçirilməsi
- Həftəlik hesabatların aparılması və vəzifəli şəxsə təqdimatı

İş barədə məlumat:

Əmək haqqı: 550 AZN (Sınaq müddətindən sonra artabilər) + BONUS (min. 5%)
İş yeri Ukrayna dairəsi, Əhmədli, Bakı (2 ay ərzində, şəhərin mərkəzinə dəyişdirilməsi planlanır)
İş qrafiki: 09:00 - 18:00 (I - VI günlər) (Şənbə günü yarım, Bazar günü tam istirahət) 1 ay sınaq müddətidir.

Uyğun namizəd nə etməli?

Mütləq Şəkilli və PDF formatda CV Mətn mövzu hissəsində “Korporativ Satış Təmsilçisi” mütləq qeyd etməli və [email protected] e-poçt ünvanına CV göndərməlidir.

Subrano tərəfindən digər vakansiyalar