Mühasib

  • Subrano
  • Elanın qoyulma tarixi: 30.07.2019
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Mühasib

SUBRANO 1997-ci ildə fəaliyyətə başlamış, Azərbaycanda ilk sənayevi üsul ilə mebel istehsal edən firmalardandır. 2018-ci ildən, Ağıllı Mebel istehsalına başlamışdır. Eyni zamanda GID (Grand Interior Design) və Castiron’s brendi adı altında müxtəlif çeşidli divan, mətbəx, uşaq dəsti istehsal və satışı ilə məşğuldur. Azərbaycan bazarında azsaylı ağıllı mebel məhsul istehsalçılarındandır. Müxtəlif kateqoriyalar üzrə 200-ə qədər məhsul çeşidi vardır.

Tələblər:

Yaş: 30 – 45
Cins: Fərqi yoxdur
Təhsil: Ali (Xaricdə təhsil almış namizədlərə, yaş məhdudiyyəti olmadan üstünlük veriləcəkdir.)
İş təcrübəsi: minimal 5 il
İqtisadiyyat və maliyyə sahəsində ali təhsil
Excel və 1C programlarını mükəmməl bilmək

Vəzifələr:

- Mal-material ehtiyatlarının və əsas vəsaitlərin uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsini təmin etmək.
- İstehsal ərazisindəki mədaxil və məxaric üzrə hesabatların aparılması və 1C programına düzgün tərtib edərək sistemə işləmək.
- Mal-material qiymətlərinin və əsas vəsaitlərin inventarizasiya işlərini aparmaq.
- Hesabat ayı bitdikdən sonra material anbarı ,hazır məhsul anbarı üzrə hesabatın və müvafiq təsdiq edici sənədlərin alınması və ilkin sənədlər üzrə təhlil edilib yoxlanılması .
- Hər ay sonu, müvafiq ay üzrə bütün xərclərin təqdimi və lazımi bütün statistikanın vəzifəli şəxsə təqdimi

İş barədə məlumat:

Əmək haqqı: 500 AZN + (Sınaq müddətindən sonra artabilər)
İş yeri Ukrayna dairəsi, Əhmədli, Bakı
İş qrafiki: 10:00-18:00 – I - VI günlər.(Şənbə günü yarım, Bazar günü tam istirahət)
2 ay sınaq müddətidir.

Uyğun namizəd nə etməli?

Mütləq Şəkilli və PDF formatda CV Mətn mövzu hissəsində “Mühasib” Mütləq qeyd etməli və [email protected] e-poçt ünvanına CV göndərməlidir.