İnsan Resursları üzrə mütəxəssis (HR Generalist)

İşin təsviri

İnsan Resursları üzrə mütəxəssis (HR Generalist)

Təhsil: Ali
İş qrafiki: həftə içi 5 gün 09:00-18:00

Vəzifə öhtəlikləri:

• İnsan resurslarının idarəolunması ilə bağlı müvafiq proqram təminatı ilə işləyir, əməkdaşların müvafiq qeydiyyatını aparır və mütəmadi yeniləyir;
• İşçilərin şəxsi işlərini formalaşdırır və qeydiyyatını aparır; əmək kitabçalarını əmrlər əsasında doldurur;
• Kadrların seçilməsində və ştat cədvəlinə əsasən düzgün yerləşdirilməsində bilavasitə iştirak edir;
• Məzuniyyət qrafikininin və cədvəlininin tərtibini, işçilərin məzuniyyətə həmin cədvəl və qrafik əsasında getmələrini; işçilərin istifadə etdiyi məzuniyyətlərin uçota alınmasını təmin edir;
• Kadrlar üzrə müvafiq hesabatları tərtib edir;
• Vakansiyalar ilə bağlı iş elanlarının yerləşdirilməsini və müsahibələrin keçirilməsini koordinasiya edir;
• Kadrların seçilməsi, işə yerləşdirilməsi, qiymətləndirilməsi, mükafatlandırılması və inkişafı ilə bağlı müvafiq təşəbbüslərlər çıxış edir, bunlarla bağlı tələb olunan işləri həyata keçirir;
• Qanunvericilikdən irəli gələn digər işləri yerinə yetirir;
• Kadr sənədləşməsinə mütəmadi nəzarət edir.

Tələb olunan xüsusiyyətlər

• Biznesin təşkili və idarəolunması ixtisası üzrə Bakalavr və ya İnsan Resurları istiqamətli MBA təhsili;
• İnsan Resurslarının İdarəolunması ilə bağlı nəzəri biliklər;
• Öyrənmə və özünü inkişaf etdirmə arzusu;
• İnsan resursları sahəsində ən azı 1 (bir) il iş təcrübəsi və ya bu sahədə karyera qurma həvəsi;
• Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə bağlı yüksək səviyyədə bilik;
• Sənədləşdirmə və yazışma işlərində yüksək səviyyədə bacarıq; punktuallıq.
• Əla səviyyədə kompüter bacarıqları (xüsusilə MS Word və Excel).
• Güclü ünsiyyət və danışıq qabiliyyəti;
• Komandada işləmək bacarığı;
• Mükəmməl səviyyədə Azərbaycan dili (Orta səviyyədə rus və ingilis dili biliyi arzuolunandır).

İmtiyazlar

• Əmək haqqı: 543 manat.
• Nahar yeməyi

Qeyd: Aşağıda göstərilən linkə daxil olub vakansiya ilə tanış olun və CV göndərin.

https://www.21esr.com/career/jobaz/vacancy/1-insan-resurslari-uzra-mutaxassis