Ofis Köməkçisi (Receptionist)

  • AzRose
  • Elanın qoyulma tarixi: 24.07.2019
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Ofis Köməkçisi (Receptionist) (Yalnız Qəbələ və yaxud İsmayıllı sakinləri)

“AzRose” şirkəti Qəbələ rayonu, Vəndam kəndində müasir istixana şəraitində xüsusi çeşid Qızılgüllərin yetişdirilməsini həyata keçirir

İş öhdəlikləri:

• Telefon zənglərinin cavablandırılması və qeydiyyatı;
• Gələn və gedən məktubların qeydiyyatı və kargüzarlığın təşkili;
• Qonaqların qarşılanması;
• Kiçik tərcümə işləri;
• Tədbirlərin təşkilində köməklik göstərilməsi;
• Ofisdə tələb olunan bütün inzibati və təşkilatı işlərə dəstək göstərilməsi.

Əsas Tələblər:

• Ali təhsil;
• Azərbaycan və İngilis dillərində sərbəst danışmaq və yazmaq;
• MS Office proqramlarında işləmək bacarığı;
• Dürüstlük, dəqiqlik, intizamlılıq, effektiv ünsiyyət bacarığı.

Maraqlanan namizədlər öz CV-lərini (Azərbaycan və ya ingilis dilində) 15 Avqust 2019-cu il tarixinədək [email protected] elektron poçt ünvanına göndərə bilərlər. Elektron poçt məktubunun “Subject” hissəsində “Reception” sözünün yazılması mütləqdir.