Aparıcı mühəndis

  • AzRose
  • Elanın qoyulma tarixi: 27.02.2024
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Təsvir:

  • Müəssisənin istehsal və qeyri - istehsal sahələrinin texniki avadanlıqların fasiləsiz, texniki cəhətdən düzgün istismarını və etibarlı işini, onların saz vəziyyətdə, tələb olunan səviyyədə saxlanılmasını təmin etmək;
  • İstehsalatın texniki hazırlığını təmin etmək;
  • Müəssisənin texniki xidmət və təmir fəaliyyətinə rəhbərlik etmək, onların işinin təşkilinə, nəticələrinə və əmək intizamına nəzarət etmək;
  • Avadanlıqların təmiri, təmir-istismar ehtiyaclarına material sərfi üzrə sənədlərin işlənib-hazırlanması, təmirin keçirilməsi, ehtiyat hissələrinin və materialların alınması üçün sifariş ərizələrini tərtib etmək;
  • Texniki xidmətin və təmirin vaxtında və keyfiyyətlə keçirilməsini, avadanlığın modernləşdirilməsi, bina və qurğuların vəziyyətinə texniki nəzarəti təşkil etmək;
  • Görülən işlərin tехniki nоrmаlаr daxilində yerinə yetirilməsinə nəzarət еtmək;
  • Texniki nasazlıqların səbəblərini analiz edərək uzunmüddətli həll yollarını təmin etmək;
  • Tabeçiliyində olan texniki qulluq, qazanxana və elektrik bölmələrinin fəaliyyətini tənzimləmək və aidiyyatı üzrə tapşırıqlar vermək;
  • Köhnəlmiş avadanlıqlar, obyektləri müəyyən etmək və onların təmirini növbələşdirmək;
  • Şirkətin texniki büdcəsinin hazırlanması və həyata keçirilməsinə nəzarət etmək;
  • Əsaslı təmir üçün siyahı tutmaq;
  • Mаl-mаtеriаl, еnеrji, yаnаcаq və sürtkü mаtеriаllаrının sərfində isrаfçılаrа yоl vеrilməməsinə nəzаrət еtmək, оnlаrın qənаətlə işlədilməsi üçün təkliflər vеrmək; 
  • İqtisаdi cəhətdən dаhа sərfəli, аz еnеrji tutumlu, istismаrı sаdə оlаn ən yеni tехnоlоji аvаdаnlıqlаrın tətbiq оlunmаsı üçün təkliflər vеrmək;
  • Bаş vеrmiş qəzа hаdisələri zаmаnı оpеrаtiv işçi qrupu yаrаdaraq rəhbərlik еtmək.

Tələblər:

  • Ali texniki təhsil;
  • Sahə üzrə minimum 3 il iş təcrübəsi;
  • MS Office proqramları üzrə bilik;
  • Azərbaycan dilində səlis danışıq (Rus dili və İngilis dili bilən namizədlər arzuolunandır);