İnformasiya Texnologiyaları Şöbəsinin müdiri

  • AVT Logistics
  • Elanın qoyulma tarixi: 15.07.2019
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Şirkət haqqında: 1994-cü ildə əsası qoyulmuş Veysəloğlu Şirkəti hal-hazırda 13.000 nəfərdən artıq əməkdaşla Veysəloğlu Şirkətlər Qrupu olaraq fəaliyyətinə davam edir. 2019-cu ildə ciddi böyümələr planlayan Veysəloğlu Şirkətlər Qrupu öz karyerasını şirkətdə qurmaq istəyən namizədləri işə qəbul müsahibələrində iştirak etməyə dəvət edir.

Vəzifə: İnformasiya Texnologiyaları Şöbəsinin müdiri
İş yeri: Bakı şəhəri
İş təcrübəsi: 5 il
Təhsil: Müvafiq sahə üzrə ali təhsil

İşin Təsviri: Şirkətin İT şöbəsi əməkdaşlarının effektiv və səmərəli fəaliyyətini planlayaraq və xidmətə nəzarət edərək İT avadanlıq, sistem və proqramların kəsintisiz və davamlı fəaliyyətini təmin edir.

Vəzifə öhdəlikləri:
- İT avadanlıq, sistem və proqramların kəsintisiz və davamlı fəaliyyətini təmin etmək üçün xidmətə və xidmətin işçilərinə ümumi rəhbərlik etmək, ümumi rəhbərliklə bağlı bütün əməliyyatları və funksiyaları icra etmək;
- Yeni texnologiyalar, metodologiyalar tətbiq edərək xidmətin səviyyəsini yüksəltmək;
- Texniki və proqram xidmətinin mövcud tələblərə və gələcək gözləntilərə uyğun təkmilləşdirilməsi üçün qısa və uzunmüddətli planların, inkişaf strategiyasının hazırlanmasında iştirak etmək və icra etmək;
- İT avadanlığının təmir xərclərini mütəmadi olaraq təhlil etmək, xərclərin minimumlaşdırılması üçün üsullar axtarmaq;
- Xidmətin idarəçiliyi üçün plan, siyasət, prosedur və qaydalar hazırlamaq, onları yerinə yetirmək və inkişaf etdirmək, davamlılığını təmin edərək icrasına nəzarət etmək;
- Şirkətin İT siyasətinə müvafiq sistem və şəbəkə inzibatçılığını planlayaraq, effektiv və səmərəli fəaliyyəti təşkil etmək, bu fəaliyyətə nəzarət edərək davamlı, kəsintisiz və etibarlı sistem və şəbəkə xidmətini təmin etmək;
- Şirkətin İT siyasətinə uyğun olaraq biznes proseslərin avtomatlaşdırılması üçün edilən müraciətləri təhlil edib  proqram təminatı bölməsinə tövsiyyələr vermək, layihənin icra olunmasını təşkil etmək;
- Proqramlar və proqramlara əlavə modullar yazaraq, modulları inkişaf etdirərək, test edərək və yaranan problemləri həll edərək proqram təminatının davamlı və kəsintisiz fəaliyyətini təmin etmək;
- Şirkətin İT siyasətinə uyğun İT təhlükəsizliyi tədbirlərinin müəyyənləşdirilməsi, strukturların fəaliyyətinin informasiya təhlükəsizliyi siyasətinə uyğunluğunun yoxlanılması və mövcud İT sistemlərinin boşluqlarının aşkarlanmasında ona verilmiş tapşırıqları icra etmək.

Tələblər:
- Rus və ingilis dili biliyi;
- Müvafiq sahədə minimum 2 il idarəetmə təcrübəsi;
- Komanda ilə işləmə bacarığı;
- Liderlik səriştəsi.

Əmək haqqı: Müsahibə əsasında təyin olunur.

Təminatlar:
- İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma;
- Nahar ilə təmin edilmə.

Müraciət qaydaları: [email protected] elektron poçt ünvanına mövzu hissədə vəzifə adını - “İT  Şöbə müdiri ” yazmaqla müraciət edilir.