Şöbə rəisinin müavini

İşin təsviri

Vakansiyanın adı: Şöbə rəisinin müavini

Vakansiyanın kodu: V19052401/2

Vakansiyanın kateqoriyası: Rəhbər

Vakansiyanın aid olduğu struktur vahid: İnvestisiya İdarəsi

Vakansiya üzrə struktur: Aktivlərin idarə olunması şöbəsi

Ödəniş növü: Vaxtamuzd

Əməyin ödənilməsi dərəcəsi: -

Vəzifə (peşə) üzrə əmək haqqı: Ştat cədvəlinə uyğun olaraq

Əlavə ödəniş: Qanunvericiliyə uyğun olaraq

İş vaxtının norması: 09:00-18:00 / 5 gün

Əmək şəraiti: Ofisdaxili

Digər təminatlar: -
İş yerinin ünvanı: Bakı şəhəri, Dilarə Əliyeva küçəsi 230

Tələb olunan təhsil istiqaməti/ixtisası: İqtisadiyyat, maliyyə, idarəetmə, mühəndislik sahələrindən hər hansı biri

Tələb olunan minimum təhsil dərəcəsi: Bakalavr

Tələb olunan minimum əmək stajı: 3 il

Tələb olunan komputer bilikləri:
-MS Office – yaxşı səviyyədə;
-Sahə ilə əlaqədar ERP (Təşkilati Resursların Planlaşdırılması) sistemi – yaxşı səviyyədə.

Tələb olunan xarici dil bilikləri:
İngilis dili – sərbəst səviyyədə;
Rus dili – orta səviyyədə.

Vəzifə üzrə tələb olunan biliklər :
-Azərbaycan Respublikasının maliyyə və investiya sahəsində qanunvericiliyi;
-Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrində kargüzarlığın aparılmasına dair biliklər;
-Cəmiyyətin fəaliyyəti üçün rəhbərlik tərəfindən qəbul olunan qayda və təlimatlar, sərəncam və əmrlər, metodiki, normativ və başqa rəhbəredici materiallar;
-Beynəlxalq standartlar (ISO 55000, ISO 55001, ISO 55002);
-Aktivlərin İdarə Edilməsi üzrə İnstitutun (IAM) müvafiq metodiki və rəhbəredici materialları.

Fərdi Keyfiyyət göstəriciləri: Korporativ loyallıq, təşkilatçılıq, ünsiyyət qurmaq bacarığı

Tələb olunan vəsiqə və ya sertifikat: 
Digər tələb və üstünlük göstəriciləri:Avropa və ABŞ-da bakalavr təhsili, magistr təhsili, idarəetmə üzrə təhsili olan namizədlərə üstünlük verilir.

Vəzifə öhdəlikləri:
-Cəmiyyətin aktivlərin idarə edilməsi siyasətinin və strategiyasının Cəmiyyətin ümumi strategiya və planlarına uyğunluğununun təmin edilməsində, infrastruktur, hərəkət vasitələri və digər aktivlər üzrə planların hazırlanmasında iştirak etmək;
-Cəmiyyətdə aktivlər üzrə fəaliyyətlərin korporativ idarəetmə və məsuliyyət əsasında həyata keçirilməsi, aktivlərin səmərəli, davamlı, sistemli, əlaqəli, həm hazırkı, həm də gələcək istifadəçilər üçün xərc baxımından əlverişli idarə edilməsinin təmin edilməsi məqsədilə koordinasiya, monitorinq və qiymətləndirməni həyata keçirmək;
-Cəmiyyətdə aktivlərin idarə edilməsi üzrə hesabatlılığı təmin etmək, hesabatların forma, məzmun və intervalını müəyyənləşdirilməsində iştirak etmək, elektron və yazılı məlumat bazasının yaradılmasını, məlumatların müvafiq dövriyyəsini və mütəmadi olaraq yenilənməsini təşkil etmək;
-Aktivlərin idarə edilməsinin təkmilləşdirilməsi istiqamətində son müsbət təcrübənin öyrənilməsi məqsədilə beynəlxalq və yerli təşkilatların mütəxəssisləri ilə əlaqələr yaratmaq, fikir mübadiləsi aparmaq, bu sahədə müsbət tendensiyaları izləmək və tətbiq imkanlarını araşdırmaq;
-Aktivlərin idarə edilməsi ilə əlaqədar risklərin qiymətləndirilməsi və tənzimlənməsində iştirak etmək.

Vakansiyanın elan olunma tarixi: 15.07.2019

Son müraciət tarixi: 24.07.2019

Vakansiyaya müraciət etmək üçün link: https://ady.az/az/career/vacancy/69/1183