“Kaspi” Təhsil Şirkəti Riyaziyyat fənni üzrə (azərbaycan və rus bölmələri) müəllimlərin işə qəbulunu elan edir.
Minimum vakansiya tələbləri:
• Müvafiq sahə üzrə bakalavriat dərəcəsi;
• Sahə üzrə orta məktəbdə 1 illik pedaqoji təcrübə;
• Abituriyent kursları üçün: 1 illik repetitorluq fəaliyyəti.
Tələb olunan bilik və bacarıqlar:
• Peşəsinə yüksək motivasiya ilə yanaşma;
• Fərdi və komandada işləmək bacarığı;
• Yüksək çalışmaq və öyrətmək həvəsi;
• Sinfin idarə edilməsi bacarığı;
• Müasir təlim və tədris metodlarını tətbiq etmək bacarığı.
“Kaspi” Təhsil Şirkəti bizimlə işləməyin müqabilində sizə təklif edir:
• Rəqabətə davamlı əmək haqqı və imtiyazlar;
• Fərdi və peşəkar inkişaf imkanları;
• Tədris əsnasında müasir texnologiyalardan istifadə imkanı;
• Peşəkar və dəstəkləyici işçi heyəti ilə çalışmaq imkanı;
• Yeni təklif və ideyaları irəli sürmək və reallaşdırmaq fürsəti.
İş şərtləri:
İş saatları: Tam ştat və ya cədvələ uyğun olaraq saathesabı
İş yeri: “Kaspi” Liseyi və “Kaspi” Hazırlıq Mərkəzi
Son müraciət tarixi: 31.07.2019
• Maraqlananlar http://kaspi.edu.az/career keçidinə daxil olub İşə müraciət formasını doldurmaqla müraciət edə bilərlər.
• Yalnız müraciət formaları ilkin baxışdan uğurla keçən namizədlərlə əlaqə saxlanılacaq.