Korporativ və Fərdi Satışlar üzrə Menecer

  • Code Academy
  • Elanın qoyulma tarixi: 30.06.2019
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vakansiya: Korporativ və Fərdi Satışlar üzrə Menecer

İşin təsviri:

- Satışların təşkili, təhlili və analizi
- Satış komandası ilə hədəflərin birgə işlənməsi
- Satış komandasının işinə nəzarət və onların fəaliyyətlərinin qiymətləndirilməsi
- Satış göstəricilərini yüksəltmək məqsədi ilə yeni satış imkanlarının öyrənilməsi və təkliflərinin verilməsi
- Yeni tədris proqramlarını tanıdılmasının Marketinqlə koordinasiyası
- Bazarın, şirkətin mövqelərinin, rəqiblərin fəaliyyətinin hərtərəfli təhlil edilməsi
- Satışın rüblük (həftə/ay) və illik strategiya planının tərtib edilməsi və uyğun olaraq hesabatların verilməsi
- Şirkətlərlə korporativ danışıqların aparılması - onlarla müqavilələrin bağlanılması
- Mövcud tərəfdaşlarla sıx əlaqələrin qurulması və münasibətlərin inkişaf etdirilməsi məqsədilə yeni təkliflər planı hazırlanması
- Tərəfdaşlardan daxil olan məlumatlara operativ reaksiya və bunların rəhbərliyin diqqətinə çatdırılması
- Müştəri məmnuniyyətini təmin etmək və şikayətlərlə bağlı həll yolu axtarmaq
- Müştəri bazasının idarə olunması
- Code Academy adından sərgilərdə, konfranslarda iştirak - İş rejimi həftədə 5 gündür, iş saatları 10:00-19:00 arasıdır.

Görmək istədiyimiz bilik və bacarıqlar

- Fərdi və korporativ satış üzrə 5 il, komanda idarəçiliyi üzrə 2 il iş təcrübəsinin olması
- 28-35 yaş aralığında namizədlər
- Satışın psixologiyası və prinsipləri yaxşı bilmək
- Güclü təşkilatçılıq və vaxtı idarəetmə bacarığı
- Liderlik bacarığı
- Yüksək səviyyədə görüşlərin, danışıqların aparılması üzrə bacarıqlar
- Güclü ünsiyyət və təqdimat bacarığı
- Komanda şəklində işləmək qabiliyyəti
- Azərbaycan, rus, ingilis dillərində peşəkar şifahi və yazılı ünsiyyət qurma bacarığı
- Ofis proqramlarında yaxşı işləmə bacarığı
- Dinamik, təşəbbüskar və nəticəyəyönümlü olmaq
- Güclü analitik düşünmə qabiliyyəti, problem həlletmə və operativlik bacarığı
- Satış, Marketing, İqtisadiyyat və ya Biznesin idarə olunması üzrə ali təhsil üstünlükdür

Vəd etdiklərimiz

- Peşəkar heyətiylə professional formada inkişaf etdirəcək iş mühiti
- Tez böyüyən və bazarda müsbət nüfuza malik şirkətdə ekspertlərlə iş təcrübəsi
- Code Academy daxilindəki bütün dərslərə giriş imkanı
- Kompyuter, mobil telefon və korporativ nömrə şirkət tərəfindən verilir.
- Əmək haqqı danışıqlar əsasında təyin olunacaqdır. Rüblük bonus sistemi tətbiq olunacaqdır.
- Tibbi sığorta təminatı Özünü bu vakansiyaya uyğun hesab edən namizədlər [email protected] ünvanına başlıqda vəzifənin adı olmaqla öz rezümelərini, onlar haqqında rəy bildirəcək 2 nəfərin əlaqə vasitələrini (email və telefon nömrəsi) göndərsinlər. Başlıq və işə nə üçün maraqlı olduğunuzu ifadə edən bir paraqraf yazılmayan rezümelərə baxılmayacaq. Yalnız müsahibə mərhələsinə keçən namizədlərlə əlaqə saxlanılacaq.