Xaçmaz Rayonu Yalama qəsəbəsində 523 ha ərazidə ABŞ, İsveç, İtaliya, Almaniya və Türkiyə istehsalı olan texnika və avadanlıqlarla təmin olunmuş, müassir suvarma sistemi ilə növbəlilik əsasında əkin işlərinini , damazlıq heyvandarlığı, yem və süd istehsalını özündə birləşdirən ölkənin ən böyük Aqroparkı olan “Yalama Aqropark” MMC “Administrativ mütəxəssis” vakansiyasını elan edir. (Yaşayış yeri və gündəlik qidalanma Şirkət tərəfindən təmin edilir)
Əmək funksiyaları
Daxil olan və xaric olan sənədlərin qeydiyyatı;
Daxil olan zəngləri qəbulu, ötürülən məlumatların qeydiyyatının aparılması, məlumatları aidiyyatı şöbələrə yönləndirilməsi;
Ehtiyac olduğu təqdirdə sənədlərin arxivləşdirilməsini təşkili;
Sənədlərin imza üçün hazırlanılması, təsdiq edici sənədlərin toplanılması;
Məktubların, ərizələrin və protokolların yazılması, rəhbərliyin göstərişi ilə görüşlərin təşkili, qonaqların qarşılanması;
Ofis ləvazimatlarının sifarişi.
Tələblər
Ali təhsil (Maliyyə və ya mühasibat ixtisası üzrə)
Dil bilikləri (Azərbaycan dilində səlis danışıq, İngilis və Rus dillərini bilmək arzuolunandır);
MS Office – Excel və 1C proqramlarında işləmə bacarığı
Komanda ilə işləyə bilmə bacarığı
Məsuliyyətli, işgüzar, ciddi, ünsiyyətcil və aktiv olmalı
Müvafiq sahədə minimum 1 (bir) il iş təcrübəsi;
İş qrafiki
09:00-18:00 ( beşgünlük iş həftəsi)
Maraqlanan şəxslər cv-lərini [email protected] elektron ünvanına mövzu yerində “Administrativ mütəxəssis” qeyd etməklə göndərə bilərlər.