Keyfiyyətə nəzarət üzrə mütəxəssis

İşin təsviri

Yaşayış yeri və gündəlik qidalanma Şirkət tərəfindən təmin edilir)

Əmək funksiyaları:

  • İSO standartları üzrə daxili sənədləşmənin hazırlanması və qeydiyyatı (sistemin təkmilləşdirilməsi);
  • İş prosesində keyfiyyətin idarəedilməsi üzrə işlərin və uyğunsuzluqların uçotunun aparılması və hesabatların tərtib olunması;
  • İşin keyfiyyətinin aşağı düşməsinə səbəb ola biləcək faktorların müəyyən olunması və onların aradan qaldırılması üzrə təkliflər planının işlənib hazırlanması. Normativ texniki sənədlərin tərtibi və təsdiqi;
  • AQTA-ya təqdim olunan nümunələrin idarə olunması;
  • İstehsalat məhsullarının standart sənədlərə uyğun markalanması. Xarici idxal məhsulların markalanmasının uyğunluğunun yoxlanılması və təsdiqi;
  • Keyfiyyət İdarəetmə Sisteminin bütün sənədlərinin hazırlamasının təşkili;
  • Sistemin tələblərinə istinadən Sistem prosedurlarının hazırlanması və Keyfiyyətə Nəzarət Prosedurlarının tətbiqinin təşkil edilməsi;
  • İstifadə edilən xammalın keyfiyyətinin yoxlanması;
  • İstehsal olunan məhsulun keyfiyyətinə nəzarət;
  • Məhsulların keyfiyyəti barədə hesabatların rəhbrəliyə təqdim olunmması;
  • Tədqiqat zamanı laboratoriya təhlillərini yerinə yetirilməsi;
  • Laboratoriya avadanlıqları, cihaz və qurğularının təmiz və saz saxlanılmasına nəzarət edir, onları təcrübəyə hazırlayır;
  • Laboratoriya nümunələrinin götürülməsi və analizi;
  • Təlimatlara əsasən cihaz və aparatları yoxlayır və tənzimləyir, eksperimentlərin aparılmasında iştirak edir;
  • Cihazların göstəricilərini, təhlilin nəticələrini işçi jurnalında qeyd edir;
  • Metodik materiallara uyğun olaraq, analiz, sınaq ölçmə nəticələrini emal edir,sistemləşdirir, rəsmiləşdirir və onların hesabını aparır;

Tələblər:

  • Ali təhsil və müvafiq vakansiya üzrə 2 ilə qədər iş təcrübəsi;
  • Xarici dil bilikləri (rus/ ingilis dili orta səviyyə);
  • MS Office, xüsusəndə Excel proqramları üzrə normal səviyyədə biliklərə sahib olmalı;
  • Problem və konfliktləri həll etmə bacarığı;
  • Xidməti borcunu vaxtında və dəqiq yerinə yetirməli, təşəbbüskar olmalı, ixtisasını daim təkmilləşdirməlidir;
  • Məsuliyyətli, işgüzar, ciddi, ünsiyyətcil və aktiv olmalı

İş qrafiki: 09:00-18:00 ( beşgünlük iş həftəsi)

Maraqlanan şəxslər CV-lərini elektron ünvanına mövzu yerində “Keyfiyyətə nəzarət üzrə mütəxəssis” qeyd etməklə göndərə bilərlər.