Baş aqronom

İşin təsviri

Ağsu rayonu Rəhimağalı kəndində 800 ha ərazidə ABŞ, İsveç, İtaliya, Almaniya və Türkiyə istehsalı olan texnika və avadanlıqlarla təmin olunmuş, müasir suvarma sistemi ilə növbəlilik əsasında əkin işlərinini , damazlıq heyvandarlığı, yem və süd istehsalını özündə birləşdirən “Agro Fresh” MMC  “Baş aqronom” vakansiyasını elan edir. (Yaşayış yeri və gündəlik qidalanma şirkət tərəfindən təmin edilir)

İş yeri: Ağsu rayonu (Agro Fresh MMC)

Əmək funksiyaları:

  • Bitkilərin becərilməsi, suvarılması, texnoloji işlərin fasiləsiz və vaxtında aparılmasını təşkil edir və icrasına nəzarət edir
  • Hər tədbirin nə vaxt, bitki növləri üzrə hansı dövrdə aparılması üzrə iş planı hazırlayır və onların düzgün tətbiq edilməsinə nəzarət etməklə bu işlərə məsuliyyət daşıyır.
  • Yüksək məhsuldarlığın əldə olunması üçün təcrübə əkinləri təşkil edir və effektiv üsul vasitələrdən istifadə edir
  • Növbəli əkin planları tərtib edib rəhbərliyə təsdiqlədir
  • Əkin planına uyğun toxum, gübrə, bitki mühafizə vasitəsi və s  olan ehtiyacı hesablayır və vaxtında alınması sifarişlərin yaradılmasını təmin edir 
  • Zərərvericilərə, xəstəliklər və alaq otlarına qarşı mübarizə işlərini planlaşdırır və icrasına nəzarət edir 
  • Mineral və üzvü gübrələrin düzgün saxlanılması və sahələrə verilməsini təşkil edir
  • Torpağın məhsuldarlığını artırmaq, əkin dövriyyəsini tətbiq etmək, təbii torpaqları yaxşılaşdırılması və eroziyadan qorunması üzrə işlərin icrasını təşkil edir
  • Məhsuldarlığın artırılması məqsədilə torpaq nümunələrinin laboratoriya yoxlanışını təmin edir
  • Heyvandarlıq xidmətinin rəhbəri ilə birlikdə yem bazası formalaşdırmaq üçün yem bitkilərinin əkinini planlaşdırır və həyata keçirir
  • Kənd təsərrüfatı texnikasından səmərəli istifadə olunması, ehtiyat hissələrinin hazırlanması və təmir işlərinin vaxtında həyata keçirilməsini təşkil edir
  • Suvarma ehtiyacını müəyyənləşdirir, suvarmanı təşkil edir və suvarma qurğularının işinə nəzarət edir
  • Yeni texnika alınmasına olan ehtiyacları müəyyənləşdirir və rəhbərliyə məlumat verir.
  • Aqronomiyaya aid bütün sənədlərin tərtib olunması və aylıq, rüblük, illik hesabatların hazırlanmasını icra edir

Tələblər:

  • Təhsil: Kənd təsərrüfatı sahəsində ali təhsil 
  • İş təcrübəsi: 4 il
  • Aqrotexniki tədbirlərin görülməsi, istehsal olunan məhsulun həcminin artırılması və keyfiyyətinin yüksəldilməsi, xəstəliklər və zərərvericilərlə qarşı mübarizənin aparılması üçün ilkin bilik və təcrübəyə malik olmaq.

İş qrafiki:

  • 6 günlük iş həftəsi

Maraqlanan şəxslər CV-lərini elektron ünvanına mövzu yerində “Baş aqronom-Ağsu” qeyd etməklə göndərə bilərlər.