Təlim koordinatoru

İşin təsviri

ALPHA Coaching & Consulting şirkəti Təlim koordinatoru vakansiyası üzrə işçi qəbulu elan edir.

Kouçinq, konsaltinq və peşəkar biznes təlimləri üzrə xidmətlər təqdim edən şirkətimiz 2011-ci ildən etibarən fəaliyyət göstərir. ALPHA Coaching & Consulting şirkəti eyni zamanda kouçinq tədrisinin dünyadakı əsas məktəblərindən sayılan Adler  International Learning İnstitutun Azərbaycanda və keçmiş sovet ölkələrindəki yeganə rəsmi nümayəndəsidir və Beynəlxalq Kouç Federasiyası (ICF) təsdiqli kouçinq təlimləri vermə səlahiyyətinə sahibdir.

Təlimlərimiz 75 fərqli proqram və kursdan ibarətdir və əsas 5 sahəni əhatə edir: İdarəetmə, Liderlik, Satış və Marketing, Team building .və TOT. Şirkətimiz eyni zamanda fərdi və korporativ kouçinq xidmətləri təqdim edir.

Tələblər:

- Ali təhsil;
- Azərbaycan və rus dillərində səlis danışıq və yazı qabiliyyətinə malik olmaq. İngilis dilini yaxşı (upper-intermediate) səviyyədə bilmək;
- Microsoft Office proqramlarında, xüsusən Power Pointdə sərbəst işləmək bacarığı.

Tələb olunan şəxsi keyfiyyətlər:

- Proaktiv və pozitiv düşüncə tərzinə sahib olmaq;
- Gülərüz olmaq və etik qaydalara qarşı həssas davranmaq;
- Sərbəst ünsiyyət qurma və biznes danışıqlarını aparma bacarığına sahib olmaq;
- Problemlərə deyil, həllərə fokuslanan olmaq;
- Əzmkar və iddialı insan olmaq;
- Şəxsi inkişafına əhəmiyyət verən insan olmaq.

İş haqqında məlumat:

- Təlim proqramlarının hazırlanmasında, müvafiq materialların tərcümə olunub, təlimin aparılacağı dilə uyğunlaşdırılmasında iştirak etmək;
- Təlim, seminar və bənzər proqramların təşkil olunmasında yaxından iştirak etmək;
- Sifarişçi şirkətlər və şəxslərlə koordinasiyanın təmin olunmasında iştirak etmək;
- Şirkətin təqdim etdiyi xidmətlərə yeni müştərilərin cəlb olunmasını təmin etmək.

İş şərtləri:

İş vaxtı: Həftənin 5 iş günü, saat 09.00-18.00 arası;
Maaş: 400 AZN + təlim satışlarından daxil olan bonuslar;
İşçi və işəgötürən münasibətləri Azərbaycan Respublikasının Əmək Məcəlləsinin tələblərinin əsasında tənzimlənir.

Göstərilən tələblərə cavab verən namizədlər öz CVlərini 03.07.2019 tarixinədək [email protected] elektron ünvanına (mövzu hissəsində “Təlim koordinatoru” qeyd olunmalıdır) göndərə bilərlər. Yalnız qısa siyahıya (short list) daxil edilən namizədlər iş görüşməsinə dəvət olunacaq.

ALPHA Coaching & Consulting tərəfindən digər vakansiyalar