Təlim koordinatoru

İşin təsviri


Təlim koordinatoru vakansiyası

ALPHA Coaching & Consulting şirkəti Təlim koordinatoru vakansiyası üzrə işçi qəbulu elan edir.

Tələblər:

• Ali təhsil;
• Azərbaycan və rus dillərində səlis danışıq və yazı qabiliyyətinə malik olmaq. İngilis dilini yaxşı (upper-intermediate) səviyyədə bilmək;
• Microsoft Office proqramlarında, xüsusən Power Pointdə sərbəst işləmək bacarığı.

Tələb olunan şəxsi keyfiyyətlər:

• Proaktiv və pozitiv düşüncə tərzinə sahib olmaq;
• Gülərüz olmaq və etik qaydalara qarşı həssas davranmaq;
• Sərbəst ünsiyyət qurma və biznes danışıqlarını aparma bacarığına sahib olmaq;
• Problemlərə deyil, həllərə fokuslanan olmaq;
• Əzmkar və iddialı insan olmaq;
• Şəxsi inkişafına əhəmiyyət verən insan olmaq.

İş haqqında məlumat:

• Təlim proqramlarının hazırlanmasında, müvafiq materialların tərcümə olunub, təlimin aparılacağı dilə uyğunlaşdırılmasında iştirak etmək;
• Təlim, seminar və bənzər proqramların təşkil olunmasında yaxından iştirak etmək;
• Sifarişçi şirkətlər və şəxslərlə koordinasiyanın təmin olunmasında iştirak etmək;
• Şirkətin təqdim etdiyi xidmətlərə yeni müştərilərin cəlb olunmasını təmin etmək.

İş şərtləri:

• Iş vaxtı: Həftənin 5 iş günü, saat 09.00-18.00 arası;
• Maaş: 400 AZN + təlim satışlarından daxil olan bonuslar;
• İşçi və işəgötürən münasibətləri Azərbaycan Respublikasının Əmək Məcəlləsinin tələblərinin əsasında tənzimlənir.

Göstərilən tələblərə cavab verən namizədlər öz CVlərini 25.07.2018 tarixinədək [email protected] elektron ünvanına (mövzu hissəsində “Təlim koordinatoru” qeyd olunmalıdır) göndərə bilərlər. Yalnız qısa siyahıya (short list) daxil edilən namizədlər iş görüşməsinə dəvət olunacaq.

ALPHA Coaching & Consulting tərəfindən digər vakansiyalar