Təlimçi

İşin təsviri

Kouçinq, konsaltinq və peşəkar biznes təlimləri üzrə xidmətlər təqdim edən şirkətimiz 2011-ci ildə yaradılmışdır. Təlimlərimiz 75 fərqli proqramdan ibarətdir və əsas 6 sahəni əhatə edir: İdarəetmə, Liderlik, Satış, Marketinq, Timbildinq və TOT.  ALPHA Coaching & Consulting şirkəti eyni zamanda kouçinq tədrisinin dünyadakı əsas məktəblərindən sayılan Adler International Learning İnstitutun Azərbaycanda və postsovet ölkələrində yeganə rəsmi nümayəndəsidir və ICF təsdiqli kouçinq təlimləri həyata keçirir.

Biz inanırıq ki, iş yerində nailiyyət qazanmaq istəyən insanlar daim öz üzərində çalışır və cari öhdəlikləri yerinə yetirməklə yanaşı, gördüyü işi ilə bağlı ətraflı araşdırmalar edir və prosesləri təkmilləşdirir.  Əgər Siz də bu xüsusiyyətlərə sahibsinizsə və yeni zirvələri fəth etməyə hazırsınızsa, peşəkar təlimçi komandamıza qoşularaq, təcrübənizi daha faydalı istifadə etməyə dəvət edirik.

Tələblərimiz:

• Təlim aparacağı sahədə ən azı 3 il təcrübə;
• Yeni baxışlara açıq olmaq;
• Araşdırma etmək bacarığına sahib olmaq.

Seçilmiş namizədlər 2 aylıq “ALPHA Certified Trainer” (ACT) Təlimçiliyə hazırlıq proqramında iştirak edəcəklər.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini [email protected] elektron ünvanına (mövzu hissəsində “Təlimçi” qeyd olunmalıdır) göndərə bilərlər. Yalnız qısa siyahıya daxil edilən namizədlər iş görüşməsinə dəvət olunacaq.

ALPHA Coaching & Consulting tərəfindən digər vakansiyalar