Purchase of IT equipment

İşin təsviri

Tender iştirakçılarına

Elan: GIZ Bakı ofisi
Layihənin nömrəsi: 16.2174.7-006.00
Layihənin adı: Gəncə - Qazax İqtisadi Rayonunda Yerli və Regional İnkişafa Dəstək
Ölkə:  Azərbaycan

Hörmətli tender iştirakçısı,

GİZ Bakı ofisi SLRD layihəsi çərçivəsində İT (İnformasiya Texnologiyaları) avadanlıqlarının  alınması üzrə tender elan edir. Alınacaq malların siyahısı və spesifikasiyaları Əlavə 1-də təqdim edilir.

Diqqətinizə çatdırmaq istəyirik ki, alınacaq mallar GİZ və Aİ –nın birgə layihəsi olduğuna görə həmin layihə ƏDV-dən azaddır. Əlavədə həmin layihənin ƏDV-dən azad olma məktublarını nəzərinizə çatdırırıq. Qiymət təklifərinizi  hazırlayan zaman eləcə də malın ölkəyə idxal olunmasında bunu nəzərə almağınız xahiş olunur. GİZ qalib şirkət tərəfindən malın idxalı prosesində iştirak etməyəcəkdir.

Nəzərinizə alın ki, 100% ödəmə malın çatdırılmasından dərhal sonra həyata keçirilir. Malın çatdırılması 15.08.2019-cu il tarixinə arzu olunur. Avadanlığın çatdırılma və quraşdırma ünvanı: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi, Ü. Hacıbəyov küç.,44 (Hökümət Evi)

Sizdən,  05.07.2019-ci il tarixi saat 12:00-dək qiymət təkliflərinizi qapalı zərfdə Rəsul Rza 75, Winter Park Plaza, ofis 202 ünvanına təqdim etməyinizi xahiş edirik.

Suallarınız olduğu təqdirdə [email protected] electron poçt vasitəsi ilə əlaqə yarada bilərsiniz.

Əlavələr

Annex 1_product specifications_MoE-DCIO_190619.doc )
1_Letter from MoT on zero VAT _May2017.pdf )
Tax ministry 02 11 18 Nigar Alimova_SLRD.pdf )

Səbinə Hacıyeva     

Müqavilələr və alqı-satqı üzrə məsul şəxs