Ehtiyat hissələri üzrə mütəxəssis

İşin təsviri

“Avlolüks Azərbaycan” MMC-yə  Ehtiyat hissələri üzrə mütəxəssis tələb olunur.

İş qrafiki: 09:00 - 18:00 / Bazar ertəsi - Cümə

Namizədə olan tələblər:

1. Avtomobil sahəsində 3 il  iş təcrübəsi ;
2. Ali təhsil;
3. Avtomobillər haqqında məlumatlı olmaq ;
4. Rus-dili biliyi ;
5. İngilis-dili bilənlərə üstünlük verilə bilər;
6. Yaş həddi 25-40 ;

Vəzifə öhdəlikləri:   

1.  Müştərilər üçün düzgün ehtiyat hissələrinin anbarda olmasından əmin olmalı, sifariş zamanı düzgün analiz aparmalı və dövriyyədə olan boş vəsaiti minimuma çatdırmalı.
2. Təmiz və professional mühit yaratmalı.
3. Gündəlik iş şəraitində etik standartlara riayət olunmasına nəzarət etməli.
4. Müştəri razılığına və loyallığına nail olmaq üçün bütün lazımi vasitələrdən istifadə etməli, anbarda olan ehtiyat hissələrinin və aksessuarların sərfiyyatını izləməli və anbarda "ölü hissələr"i minimuma salmalı.
5. Müştərilərlə əlaqə saxlanılaraq ehtiyat hissələri barədə razı olub-olmamaqlarını daima izləməli.
6. İstehsalçıların bütün texniki proqranmarından istifadə etməyi bilmək
7. Avtomobillərin texniki spefikasiyalarını və təmir texnologiyasını bilmək.
8. İstehsalçının zəmanət şərtləri və prosedurlarını bilmək.
9. Şirkətin ümumi qaydalarına müvafiq prosedurlar və şöbələr arası münasibətlər qurmaq
10. Fəaliyyət planı hazırlamaq,bütün proseləri təşkil etmək,departamentin əməkdaşlarına  müvafiq tapşırıqlar vermək və yerinə yetirliməsinə nəzarət etmək.
11. Daxili prosedurların,vəzifə öhdəçiliklərinin  və departamentlər arası əlaqələrin düzgün yerinə yetrilməsinə nəzarət etmək.
12. Rəhbərlik tərəfindən verilən tapşırıqları yerinə yetirmək
13. Bütün tələbləri qarşılaya biləcək balanslaşdırılmış ehtiyat hissələri anbarı yaratmaq
14. Müştərilərin inamını və müvafiq gəlir səviyyəsini təmin edə biləcək qiymət siyasəti yürütmək.
15. Ehtiyat hissələri anbarının maksimum dövriyyəsini təmin etmək.
16. Satılmayan ehtiyat hissələrinin miqdarını azaltmaq üçün anbarın mütəmadi monitorinqini və tənzimlənməsini həyata keçirmək.
17. Geri qaytarılan və qarantiya üzrə dəyişdirilən ehtiyat hissələrinin lazımi şəkildə anbara yerləşdirilmə proseduru hazırlamaq.
18. Ehtiyat hissələri sifarişlərinin hazırlanmasına və yerləşdirilməsinə rəhbərlik etmək(prosedura uyğun)
19. Bütün təmirlər üçün tələb olunan ehtiyat hissələrilə vaxtında təmin etə bilmək üçün Servis menceri ilə əməkdaşlıq etmək.

Email : [email protected]
Tələblərə uyğun olmayan və "Subject" qismində müraciət edilən vakansiyanın adı qeyd olunmayan "CV" - lərə baxılmayacaq.