Various positions

  • Amal Group
  • Elanın qoyulma tarixi: 17.06.2019
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Təcili olaraq aşağıdakı şərtlər üzrə “Smetaçı mühəndis” tələb olunur.

Vakansiya haqqında

İş yeri: Bakı, Azərbaycan
İş saatı : Həftədə 5 gün 8 saat olmaqla
İşə başlama tarixi: Təcili
Əmək haqqı: Müsahibə əsasında təyin ediləcəkdir.

Vəzifə öhdəlikləri

• Layihə üzrə verilmiş memarlıq və konstruktiv həllər əsasında layihənin bütün mərhələlərinin detallı şəkildə smetasını tərtib edilməsi;
• Müəyyən edilmiş vaxt ərzində layihənin təhvil verilməsi planını, iş qrafiklərini və tikinti-quraşdırma işlərinin kəmiyyət və keyfiyyət göstəricilərinə əsasən yerinə yetirilməsi;
• Layihə sənədlərinə, tikinti norma və qaydalarına, texniki şərtlərə və başqa normativ sənədlərə əməl olunmasına nəzarət edilməsi;
• Obyektlərin inşası üçün texniki sənədləşmənin əldə edilməsində iştirak edilməsi, obyektlərin layihələndirilməsi üçün ilkin məlumatların hazırlanması, layihələndirmə üçün tapşırıqların tərtib edilməsi;
• Cari layihələndirmə üçün əmək üzrə limitlərin paylaşdırılmasının hazırlanması;
• Yeni normativ qiymət, preyskurant, kataloqlar, vahid qiymətlər toplusu və s. qüvvəyə minməsi ilə əlaqədar, vaxtlı-vaxtında layihə-smeta sənədlərində lazımi dəyişikliklərin edilməsi;
• Layihə-smeta sənədlərini lahiyə təşkilatları ilə razılaşdırmaya hazırlanması;
• Tikintisi başa çatmış obyektlərin layihələndirilməsinə çəkilən xərclərin silinməsi üçün mühasibatlığa lazımi sənədlərin təqdim edilməsi;
• Layihə üzrə görülən işlərin günlük və həftəlik iş planının hazırlanması, layihə-axtarış işləri üzrə tapşırıqların icrası haqqında aylıq, illik hesabatların tərtib edilməsi.

Təhsil və iş təcrübəsi

• Mülki inşaat, İnşaat mühəndisliyi sahələri üzrə ali təhsil;
• Minimum  5 il inşaat sahəsi üzrə ümumi təcrübə. Minimum 3 ili Smetaçı mühəndis iş təcrübəsi.

Bacarıq və səriştələr

• Ünsiyyət və təşkilati bacarıq;
• Problemi qısa zaman çərçivəsində həll edə bilmə və analiz etmə bacarığı;
• Rus və azərbaycan dili  (yazılı və şifahi sərbəst ünsiyyət);
• Ms. Office programları, Excell əla səviyyədə.

Bilməlidir

• Azərbaycan Respublikasının ərazisində mövcud tikinti norma və qaydaları, eləcə də, müvafiq normativ hüquqi aktlarını;
• Tikintidə layihə-smeta işlərinin təşkili üzrə, müvafiq icra hakimiyyəti orqanlarının qərar, sərəncam, əmrlərin və digər istinad edilən, rəhbər tutulan metodiki normativ sənədləri;
• Layihə-smeta  sənədlərinin işlənib hazırlanmasının təşkilini, onların razılaşdırma və təsdiq etmə qaydalarını;
• Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğın əleyhinə mühafizənin norma və qaydalarını.

Müraciət qaydası

Zəhmət olmasa CV-lərinizi  [email protected] e-mail adresinə göndərin.
CV-ləri göndərərkən başlıq yerinə “Smetaçı mühəndis” qeyd etməyi unutmayın.


Təcili olaraq aşağıdakı şərtlər üzrə “Satınalma mütəxəssisi (daxili satınalma)” tələb olunur.

Vakansiya haqqında

İş yeri: Bakı, Azərbaycan
İş saatı : Həftədə 5 gün 8 saat olmaqla
İşə başlama tarixi: Təcili
Əmək haqqı: Müsahibə əsasında təyin ediləcəkdir.

Vəzifə öhdəlikləri

• Təsdiq edilmiş spesifikasiyalara uyğun olaraq daxili bazarın araşdırılması, müqayisə olunması və satınalma tələblərinin təmin olunması;
• Danışıqların aparılması və satınalma vendorları ilə müqavilələrin bağlanılması və prosesin təqibi;
• Sifarişlərin müvafiq qaydalara əsasən çatdırılması prosesinin təqib edilməsi;
• Satınalma ilə bağlı dövri hesabatların hazırlanması və sair.

Təhsil və iş təcrübəsi

• İqtisadiyyat/Mühəndislik sahələri üzrə ali təhsil;
• Minimum  3 il oxşar sahələr üzrə ümumi təcrübə.

Bacarıq və səriştələr

• Ünsiyyət və təşkilati bacarıq;
• Danışıqlar aparmaq bacarığı
• Problemi qısa zaman çərçivəsində həll edə bilmə və analiz etmə bacarığı;
• Rus və azərbaycan dili  (yazılı və şifahi sərbəst ünsiyyət);
• Ms. Office programları, Excell əla səviyyədə;
• Logistika, satınalma menecmenti ilə bağlı biliklər;
• Daxili bazar satış vendorlarını tanımaq.

Müraciət qaydası

Zəhmət olmasa CV-lərinizi  [email protected] e-mail adresinə göndərin.
CV-ləri göndərərkən başlıq yerinə “Satınalma mütəxəssisi” qeyd etməyi unutmayın.