Materiallar üzrə müfəttiş (Metallurgiya)

İşin təsviri

Vəzifənin adı: Materiallar üzrə müfəttiş (Metallurgiya)

Vəzifə öhdəlikləri:

• İş sahəsində təhlükəsizlik qaydaları bilməli və əməl etməli;
• Gələn mal və materialların (şixtə materialı, qara metallar) standartlarınvə istehsal sahəsinin tələblərinə müvafiq olaraq qiymətləndirilmisinin aparılması;
• Yerli və xarici standartları oxuyub, başa düşməli və izah etməli
• Ölçü alətlərindən istifadə qaydalarını bilməli;
• Gündəlik təftiş olunan mal və materialların, xammalların raporların tərtib olunması.

Təhsil/Təcrübə: 

• Ali Texniki təhsil;
• Müvafiq sahə üzrə ən azı 2 il iş təcrübəsi;
• Rus və İngilis dillərini sənədləşmə səviyyəsində bilməli; 
• MS office  proqramlarını yüksək səviyyədə bilməli.

Əlavə məlumatlar: 

• Əmək haqqı razılaşma əsasında;
• Şirkət tərəfindən naharla, nəqliyyatla və korporativ nömrə ilə təmin edilmə;
• İş qrafiki: 5 gün, 08:00 – 17:00
• İş yeri Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşir.
• Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Materiallar üzrə müfəttiş (Metallurgiya)” yazaraq [email protected] ünvanına göndərilməsi xahiş olunur.
• Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.